NPT Konfransının iştirakçıları yekun sənəd üzərində RAZILAŞMADI
Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) konfransının iştirakçıları yekun sənədin məzmunu ilə bağlı konsensusa gəlməyiblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iclasda Rusiya sənədin qəbuluna qarşı çıxıb.
ABŞ Rusiyanı layihəyə son anda dəyişiklik etməyə cəhd etməkdə ittiham edib.
Rusiya tərəfi isə bir çox ölkələrin nümayəndə heyətlərinin buna qarşı olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski bildirib ki, bir çox nümayəndə heyətlərinin yekun sənəd layihəsinə etirazları var.
"Bu otaqda mətnə etiraz edən çoxlu nümayəndə heyəti var. Sözsüz ki, onlara indi söz versələr bu etirazlar səslənərdi. Yalnız bir nümayəndə heyətinin etirazı etməsi ilə qətiyyən razılaşmırıq. Əgər istək varsa, biz bunu müzakirə etməyə hazırıq. Əgər belə bir istək yoxdursa, o zaman bəyan etməliyik ki, konsensus yoxdur və təqdim olunan layihə qəbul edilə bilməz", – deyə o izah edib.
Rusiyalı diplomat bildirib ki, sənədin qəbulu üçün dövlətlərin mövqeləri nəzərə alınmaqla balansın təmin edilməsi vacibdir.
Yekun sənədin qəbul edilməsi üçün onu 191 ölkə – NPT-nin bütün tərəfləri təsdiq etməlidir.
Qeyd edək ki, onuncu NPT Konfransı avqustun 1-dən 26-dək Nyu-Yorkda keçirilib. Tədbirin əsas mövzularından biri Rusiya hərbçilərinin nəzarətində olan Zaporojye AES ətrafındakı vəziyyət olub. Növbəti NPT İcmal Konfransı 2026-cı ildə keçiriləcək
Xatırladaq ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1968-ci ildə imzalanıb. Bu müqavilə Böyük Britaniya, Rusiya, Çin, Fransa və ABŞ-ın nüvə silahlarına malik olmasını qanuniləşdirərək həmin ölkələrə nüvə dövlətləri statusu verib. Hazırda NTP-nin üzvü olan dövlətlərin sayı 190-ı ötüb. Hindistan, Pakistan və İsrail dövlətləri bu müqaviləyə qoşulmayıb. 2003-cü ilin yanvarında isə Şimali Koreya müqaviləni tərk edib.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?