Nazirlik 850 milyon manatla bağlı qərar verdi: 28 günlük
İyulun 11-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracları təşkil edilib. Hərracların nəticələrinə əsasən ümumilikdə 850 milyon manat məbləğində xəzinə vəsaitinin banklarda yerləşdirilməsi təmin edilib.
KONKRET.az nazirliyə istinadən xəbər verir ki, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankda 28 gün müddətinə, 7,25% orta çəkili faiz dərəcəsi ilə 350,0 milyon manat məbləğində vəsait depozitə yerləşdirilib.
Digər hərrac üzrə təklif təqdim edən dörd bankda isə 90 gün müddətinə, eyni – 7,25% orta çəkili faiz dərəcəsi ilə 500,0 milyon manat məbləğində xəzinə vəsaiti depozitə yerləşdirilib.
Depozitlərin yerləşdirildiyi banklar bunlardır: Azərbaycan Beynəlxalq Bankı (ABB), "Kapital Bank", "Paşa Bank" "Xalq Bank", "Bank Respublika" və "Unibank".

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu