Sahib Alıyev: 'Sputnik Azərbaycan'ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur

Sahib Alıyev: 'Sputnik Azərbaycan'ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur"Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Deputat deyib ki, media yarandığı gündən müsbət və mənfi anlamda fərqi yoxdur, bütün hallarda təsir aləti kimi çıxış edib: "Böyük dövlətlər isə ondan həm də xarici təsir aləti olaraq faydalanmağa çalışıblar və bu gün də eyni siyasət xeyli fərqli şəkildə davam etdirilir. Fərqli deyərkən bu gün medianın ayrı-ayrı dövlətlərin əlində ilk növbədə hibrid savaş alətinə çevrilmələrini nəzərdə tuturam. Rusiya burada digər dövlətlərdən onunla fərqlənir ki, hərbi gücdən istifadə edərkən, dəqiqlik, incəlik, ancaq hədəfi vurmaq kimi məsələlər unudulduğu kimi informasiya siyasəti də bu baxımdan çox fərqlənmir. Məhz bu cür kobud informasiya müdaxilələrinin, heç bir norma tanımamağın nəticəsidir ki, onlarla dövlət Azərbaycanda da bağlanan "Sputnik" agentliyinin fəaliyyətini qadağan edib. Həm də təkcə "Sputnik" yox, Rusiyanın RT kimi təbliğat və dezinformasiya resurslarına da Qərbdə qadağa qoyulub. ABŞ-da başladılan araşdırma onların çirkli pulların yayılmasından tutmuş təsir şəbəkələri formalaşdırmalarına qədər bir sıra qaranlıq fəaliyyətlərinin üstünü açdı".
Sahib Alıyev qeyd edib ki, belə bir reallıq ortada ola-ola Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin bağlanmasını və orada jurnalist adı altında qanunsuz fəaliyyət göstərən iki xüsusi xidmət əməkdaşının həbsini söz azadlığına qəsd kimi qiymətləndirməsi, bununla bağlı beynəlxalq qurumlara çağırış etməsi adekvatlıqdan tam uzaq bir addımdır: "Ancaq çox təəssüf ki, biz son vaxtlar qonşu dövlətin bir çox strukturlarının da eyni davranışını görürük və ona görə də buna artıq elə də təəccüblənmirik. Bununla yanaşı onu da qeyd etməyi lazım bilirəm ki, əgər beynəlxalq qurumlar, xüsusən də insan haqları üzrə ixtisaslaşanlar son zamanlar Rusiyada qafqazlılara və Mərkəzi Asiyadan olanlara yanaşmada yol verilən ayrı-seçkiliyə, qətllə nəticələnən vəhşi davranışlara adekvat reaksiya versə idilər, bəlkə də ayıblarına kor olub Rusiya Jurnalistlər İttifaqı belə bir çağırış etməzdi".
Deputat hesab edir ki, əgər Rusiya Jurnalistlər İttifaqını doğrudan da jurnalistlərinin taleyi narahat edirsə, onda azərbaycanlı Orxan Camal da daxil olmaqla onlarla qələm adamlarının qətlinə, Ukraynaya qarşı təcavüz başladılandan üzü bəri bununla razılaşmayan yüzlərlə jurnalistin isə həbsinə, ölkədən didərgin salınmalarına münasibət bildirməlidir: "Həmən qurumun jurnalist kimi təqdim etdiyi İqor Kartavıx və Yevgeni Belousova gəldikdə, onların sadəcə, sosial şəbəkədəki akkauntlarına baxmaq yetər ki, jurnalistikaya heç bir dəxilləri olmadığı üzə çıxsın. O da üzə çıxsın ki, Rusiya MDB-yə üzv olan dövlətlərdə casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə də əməl etmir". / azxeber.com

Siyasi       Tarix: 13 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər