Nura bulvarda skuter sürənlərdən şikayət etdi - İdarədən açıqlama gəldi

Nura bulvarda skuter sürənlərdən şikayət etdi - İdarədən açıqlama gəldiMüğənni Nura Suri Dənizkənarı Bulvar ərazisində insanların skuterlərdən, velosipedlərdən istifadə etməsindən şikayətlənib.
azxeber.com xəbər verir ki, o, bulvarda rahat gəzməyin mümkün olmadığını deyil:  
"Artıq skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil. Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər.
Nura bulvarda skuter sürənlərdən şikayət etdi - İdarədən açıqlama gəldiSkuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu plyajlardır, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. İnsanlar nə etsin? Bu şəhərdə kasıblar yaşamasın? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb, insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməzsiniz, heç kəs - öz həyətində də (anında "parkovşik" adıyla gəlib, 2 manatınızı alırlar).
Nura bulvarda skuter sürənlərdən şikayət etdi - İdarədən açıqlama gəldiMüğənninin şikayəti ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva azxeber.com-a açıqlama verib.
Qurum rəsmisi söyləyib ki, Dənizkənarı Bulvarda skuterlərə sürət həddi müəyyənləşdirilib, xəbərdarlıq lövhəsi quraşdırılıb: 
"Bizə ünvanlanan çoxsaylı müraciətlərdən sonra Dənizkənarı Bulvar idarəsi skuterlərin Milli Parkda hərəkətini məhdudlaşdırdı. Ancaq skuter həvəskarlarının müraciəti dayanmadığına görə Dənizkənarı Bulvar idarəsi yenidən skuterlərin müəyyən şərtlərlə hərəkətini təmin etdi. Skuter sürənlərin də ixtiyarı var ki, Bulvar ərazisində istədikləri kimi istirahətlərini təmin etsinlər.
Bu nöqteyi-nəzərdən ortaq qərar qəbul olundu. Qərara əsəsən, sürət həddini saatda 17 km olmasına, dəniz kənarı zolaq istisna olmaqla, digər ərazilərdə skuterlərin hərəkətinə icazə verildi".
Əfsanə Mehdiyeva qeyd edib ki, Bulvar ərazisində icarəyə verilən skuterlərin hər birində xüsusi tətbiq var. Bu tətbiqdə skuterlərin hərəkət maşrutu göstərilir:
""Dənizkənarı Bulvarda kənardan gələn skuterlər üçün qadağan edici lövhələr quraşdırılıb ki, hərəkət trayektoriyasını müəyyənləşdirməyə kömək olsun. Nəzarətçilərimiz tövsiyə xarakterli danışıqlar aparır. Dənizkənarı zolaqda skuterləri hərəkət etdirərlərsə, onlara xəbərdarlıq edilir. 
Buradan skuter həvəskarlarına müraciət edirik ki, skutertlərdən yalnız onlar üçün ayrılmış ərazidə istifadə etsinlər. Onlar üçün ayrılmış ərazi dedikdə, qadağan olunmuş işarələrə baxıb, skuterlərini həmin ərazidə hərəkət etdirməmələri nəzərdə tutulur. Vətəndaşlar çox məsuliyyətli olsunlar ki, həm skuter sürənlər, həm də digər insanlar normal istirahət edə bilsinlər".
Şəbnəm Zahir

Sosial       Tarix: 14 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler cəbhədən son durum xəbərlər.com