Nura cərimələnməsindən danışdı: "Qayda pozmamışam" - VİDEO

Nura cərimələnməsindən danışdı: "Qayda pozmamışam" - VİDEOXəbər verdiyimiz kimi, müğənni Nura Suri bu gün Qusar-Quba yolunda Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etdiyi üçün 200 manat cərimələnib. Müğənni isə ona qarşı irəli sürülən ittihamla razılaşmır.
Nura Suri "Qafqazinfo"ya açıqlamasında karantin qaydalarını pozmadığını bildirib:
"Bu gün məni heç bir qayda pozmadan yolda öz avtomobilimi idarə edərkən (kəmər taxılı, ağzımda maska ) saxlayıblar. Səbəbin soruşanda,əvvəlcə telefonla danışdığımı iddia etdi, mən isə telefonu göstərdim ki, səsli "Waz"e proqramı ilə yol gedirəm, telefonla danışmağım mümkünsüzdür və yanımda iki şahidim var. Sonra anladım ki, vaxt qazanırlar. 5-10 dəq sonra "10 OT 242" dövlət nişanlı, "BMW" markalı avtomobil gəldi və içərisində 4 polis işçisi var idi. Biri əlində kamera ilə məni çəkməyə başladı. Sənəd istədi, göstərdim və portaldan yoxlamasını tələb etdim. Avtomobilin, mənim, sərnişinin icazəsi olduğunu gördülər. Buna baxmayaraq, İnzibati xətalar və Konstitusiyanın aşağıdakı bəndlərini pozaraq məni kameraya çəkməyə davam etdilər:
- İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan, həmin foto və ya video əkiliş, yaxud səsyazma materialları KİV-də yayımlana bilməz.
- Konstitusiyamızın 32-ci maddəsinin (şəxsi toxunulmazlıq hüququ) 3-cü hissəsi "Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Avtomobildə 12 yaşlı oğlum bu hadisənim şahidi oldu və stress yaşadı. 8 nəfər polis işçisi sanki terrorist və ya cinayətkar tuturmuşlar kimi hərəkət edirdilər. Onlar məni çəkdikdən sonra gördüm ki, uzun söhbət gedir, başqa qanun pozuntularını mənə şamil etmək istəyirlər. Gördülər ki, qanunu yaxşı bələdəm. Bu zaman mən də əlimə telefon alıb çəkiliş aparmağa başladım. Əlimdə videolar var, sizə təqdim edəcəm. Maşınımda olan sərnişinə bildirdilər ki, protokola qol çəkin. O isə imza atdıqdan sonra "etiraz edirəm" yazdı. Polis əməkdaşları söylədilər ki, üç yerdən imza atın. Məsələyə qarışdım, etiraz etdiyi üçün bir imza atmağının kifayət olduğunu bildirdim. Onlar dedilər ki, yazacağıq ki, imza atmaqdan imtina edirsiz. Bütün söhbətlər mən çəkdiyim videoda əks olunub. Biz xeyriyyə məqsədi ilə imkansız ailələrə yardım edirdik. Necə oldu ki, iki maşın eyni vaxtda gəldi. Biri məni saxladı, başqa söz dedi, digəri isə başqa mövzu… Əvvəldən hazırlanmış bir hadisə idi. Bunun başqa adı yox idi.
Azərbaycanda karantin müddətində bir çox tanınmış insanlar istirahətdə olublar. Xalq artistləri Aygün Kazımova Qəbələdə oteldə uzun müddət dincəlib, Türkiyədə ailəsi ilə istirahət edən məşhurlarımız, hətta Xalq artistlərimiz var. DİN-in saytlara bugünkü açıqlamasının səbəbini başa düşə bilmədim. Məqsədi anlamadım. Polisimiz bizi qorumalıdır. Bizə qarşı aqressiv olmamalıdır. Bizim bir düşmənimiz var və bu gün Azərbaycan müharibə şəraitində yaşayır, şəhid verir. Bunu unutmayaq".

/open.az

Şou Biznes       Tarix: 17 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta cəbhədən video kriminal bugun sonxabar