Nura Suri: 'Düşüblər əl-ayağa ki, özün 8 dəfə ərdə olmusan
Bir müddət əvvəl Türkiyədə yayımlanan "Yalı çapkını" serialı ilə bağlı fikirlərinə görə tənqid olunan müğənni Nura Suri iradlara cavab verib.
azxeber.com "axşam.az"a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, ünvanına səsləndirilən fikirlərə belə münasibət bildirib:
"Feysbuk ən sevdiyim şəbəkədir. Həm dostluğumdakı insanlar intellektual və yaradıcıdır, həm də feysbukun mənə qazandırdığı dostlarım var. Bu sosial şəbəkədə fikirlərimizi bölüşürük. Məni izləyənlərə statuslarım, paylaşdığım filmlər və sair yaxşı məlumdur. 2 gündür bir serial haqqında fikrimi yazmışam, bəziləri düşüblər əl-ayağa ki, özün 8 dəfə ərdə olmusan. Niyə serial haqqında belə yazmısan?
Birincisi, sizin kimi düşüncəsiz və dərrakəsiz insanların fikri mənə maraqlı olsaydı, hər mövzuda statuslar yazmazdım. İkincisi, mənim yazdıqlarım mənasız olsaydı, saytlar paylaşmazdı və siz özünüzü şərhlərdə həlak etməzdiniz. Yəqin bir ailənin içində gəlinin qayınata və qayınla, evdə işləyən qulluqçunun oğlu yaşında ev yiyəsinin nəvəsi ilə, atanın öz qız övladlarını pul qarşılığı satması və sair sizin üçün normaldır. Mən türk millətini belə tanımamışam. Rejissorun belə bir mövzuda serial çəkməsini, öz millətini belə təbliğ etməsini başa düşmürəm, düşmək istəmirəm".
Qeyd edək ki, Nura daha əvvəl paylaşdığı yazıda "Yalı çapkını" serialını o qədər təriflədilər ki, dedim mən də baxım, bəlkə dedikləri kimidir. Heç bir xarici filmdə, serialda belə tərbiyyəsizlik, mənəviyyatsızlıq, qeyrətsizlik görməmişəm indiyə kimi. Bu serialı bu qədər bəyənməklərini də anlamadım. Niyə belə bir serialın çəkildiyini də. Danışılası deyil, nəinki baxılası" deyə, bildirmişdi.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi