Nüvə silahı qorxusu dünyada yod böhranına səbəb olub - Azərbaycanda vəziyyət necədir?
Sosial şəbəkələrdə yayılan məlumata görə, ölkəmizdə çox ciddi şəkildə yod qıtlığı yaşanır. Artıq neçə müddətdir ki, apteklərdə yod tapmaq mümkünsüzə çevrilib.
Bəs, həm ölkəmizdə istehsal edilən, həm də xaricdən gətirilən yod niyə qəhətə çəkilib?
Mütəxəssislərin fikrincə yod qıtlığının başlıca səbəbi Ukrayna-Rusiya müharibəsidir. Çünki, son vaxtlar belə söhbətlər gəzir ki, Rusiya bu müharibədə gec-tez nüvə silahına əl atacaq. Bu xəbərlərdən təşvişə düşən avropalılar artıq neçə müddətdir ki, nüvə bombasının yayacağı radiasiyadan qorunmaq üçün müxtəlif vasitələrə əl atırlar. Həyəcanlanmış kütlə apteklərdəki bütün yod materiallarını alır, bəzi avropalılarsa, hətta əleyhiqazlar da tədarük edirlər.
Bakı şəhərindəki bir neçə xəstəxanadan azxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, ölkədə heç bir yod qıtlığı yaşamırlar, depolarda bununla bağlı problem yoxdur.
Məsələ ilə əlaqədar Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsindən isə bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib:"O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hal-hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.
Qeyd edək ki, AEM-də olan məlumata görə, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir.
Xatırladaq ki, bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir.
Aydın Nuri
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var