Nyu-Yorkda peyvəndlənən uşaqlara 100 dollar TƏKLİF EDİLDİ
Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün "Twitter" səhifəsində yazıb.
"Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir", - deyə Bill de Blazio bildirib.
Bir müddət öncə tibbi tənzimləyicilər FDA və CDC 5-11 yaşlı uşaqları vaksinasiyadan keçirmək üçün "Pfizer" peyvəndinin istifadəsinə icazə verib. Uşaqlar arasında ağırlaşmalar və ölüm hallarına nadir hallarda rast gəlinsə də, COVID-19 infeksiyasına yoluxmaların təxminən dörddə birini azyaşlılar təşkil edir.
Hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək