O, sarsaqlığın, beyin qıcolmasının ümumiləş­dirilmiş obrazıdır

O, sarsaqlığın, beyin qıcolmasının ümumiləş­dirilmiş obrazıdırƏslində, sakitlik təəccübləndirirdi. Necə ola bilərdi ki, vəziyyətlə barışsınlar? Biz də düşünürdük ki, yəqin yeni yanaşmaları var. Siyasətdir, bilmədiyimiz şeylər ola bilər, – öz-özümüzə fikrə dalırdıq. Budur, heç bir yanaşamaları yoxdur. Əvvəlki ayı təfəkküründədirlər, illərdir içlərinə hakim kəsilmiş şizofrenliyi kənara qoymayıblar. Susmaları isə guya diplomatik davranıb vəziyyəti axıradək gözləmək üçün imiş. Deyəsən, axırdır, axı. Azərbaycan–Ermənistan münasibətlərindəki, belə demək mümkünsə, sülhsüzlüyün axırı. 
Baş nazir Nikol Paşinyanın Azərbayca­nın, Qarabağ da daxil olmaqla, 86,6 min kvadratkilometr ərazidə suveren hüquqları­nı tanımasından və mövcud xüsusda Qərb vasitəçiliyi missiyasının aktivləşməsindən sonra, Rusiyanın ictimai rəyini, əslində, for­malaşdırmağa mükəlləf görünən politoloq, ekspert, analitik, etnoloq, sosioloq… sürüsü hay-küy qopartmağa başlayıb ki, Azərbay­canla Ermənistan arasında sülh mümkün deyil, vaxt lazımdır, zaman keçməlidir və sair ilaxır.
Dərdləri Qarabağ dərdidir. Problemin kimlərin hansı məqsədlə qondardıqlarını yaxşı bilirlər. İndi hər şeydən əlləri üzülən­dən sonra əsəblərimizlə oynamağa başla­yıblar, bu politoloq sehirbazlar, kloun dər­nəyinin təmsilçiləri! Sən demə, bilməmişik ki, Ermənistan rəhbərliyi qarabağlılara acıq gəlməsi üçün rusmeyilli bölgəni Azərbay­cana peşkəş edibmiş, buna imkan vermək olmazmış. Bu cür axmaq fikrin müəllifi rusi­yalı politoloq Aleksey Muxindir.
Əslində Muxin Rusiya ictimai rəyindəki sarsaqlığın, beyin qıcolmasının ümumiləş­dirilmiş obrazıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real məcraya qədəm qoyandan, belələri bir-bir üzə çıxırlar. Görünür, haradansa dü­ymələri basılıb. Sanki Qarabağda yaşayan erməni deyil, başqa xalqdır. Hə, doğrudan, "Artsax xalqı" imiş axı! Belə getsə, Rusi­yadakı başıpozuq ekspert qırıqları bunu da deyəcək və əsaslandıracaqlar ki, sax­saxlarla ermənilər ayrı-ayrı şeylərdir. Hələ antropoloq da tapıb efir verdirib dedizdirə­cəklər ki, bəs, qədim ruslarlarla sarsaxlar kəllə-paça oxşarlıqlarına məxsusdurlar. Onlardan nə desən, gözləmək olar. Bir hal­da ki, muxinlər var, belələrinin uydurduqları cəfəngiyyatların böyüklüyünü təsəvvürə gətirmək o qədər də çətin deyil.
Bəli, Rusiyadakı anlaqsız ermənipər­vərliyə görə deyə bilərik ki, ölkənin ictimai fikir industriyası özünün qısırlıq dövrünü yaşayır. Əslində, bu kəsimin təmsilçiləri nə vaxtsa düz əməlli düşünməyiblər. "Veliko­rus" şovinizminə köklənmişlər üçün insani dəyərlərin, hər hansı hüquq, haqq-ədalət anlayışının olmadığı illərin sınağından çıx­mış həqiqətdir. Muxin deyir ki, Ermənistan rəhbərliyinin Qarabağla ədavətinin məhsu­lu olaraq bölgəni Azərbaycana verməsi pa­radoksal vəziyyət yaradır. Əsil paradoksal­lıq Dostoyevski, Bulqakov, Tolstoy və digər onlarla dünya miqyaslı düşüncə sahiblərini, fikir dühalarını yetirmiş bir xalqın muxin və muxinəbənzərlər peydahlamaq qabiliyyə­tindədir.
Deyirlər, yaradıcılıqda ifrat məqbuldur. Görünür, muxinlər yaradıcı potensialın if­rata çevrildiyi anda atılmış zay toxumlardır. Başqa nə düşünəsən? Necə izah verəsən, mümkün deyil! Məsələn, necə düşünəsən ki, Viktor Hüqo kimi bir dahi Fransanın müsəlmalara qarşı qırğınlarının ilhamverici­si imiş? Müsəlman barbar kimi təqdim etdiyi şəxslərə qəddar davranmağı təlqin edirmiş. Bunu necə ağla gətirəsən. İfrat, bəli, məhz ifrat.
…Sonra da gileylənirlər ki, bizdən üz döndərirlər. Muxinlərə görə Rusiyadan hamı üz döndərəcək. Çünki onlar, zatulinlər normal məntiq baxımından ortaya heç nə qoymurlar. Yalnız hərbə-zorbalıq qusmaqla məşğuldurlar. Qusuntunu dəyər kimi sırı­yırlar və bu ifrazatdan irəli gələn məsələlər üzərində strategiya müəyyənləşdirir, fərqinə varmırlar ki, muxin kimi embrion kütləsinin bulaşdırdığı mənzərə postsovet məkanın­dakı anti-Rusiya ovqatının katalizatoru qis­mində çıxış edir.
Böyük imiş Rusiya, əzəmətliymiş! Hanı o əzəmət, haradadır o böyüklük?! Təsəv­vür edə bilməzsiniz ki, Azərbaycanla Tür­kiyə müharibə edir. Mümkün deyil, ağla gəlməz. Ancaq Muxinə bənzər rüşeymlərin formalaşdırdıqları rus böyüklüyü ilə bağlı sabun köpüyünün nəticəsidir ki, bu gün Rusiya–Ukrayna müharibəsi kimi dəhşətli mənzərə var. Haradadır o böyük qardaşlıq ki, kiçik qardaş olan qanbir Ukrayna xalqı ona qarşı silaha sarılıb. Muxinlər isə utan­maz-utanmaz öz torpaqları uğrunda dö­yüşən ukraynalılara nasist, faşist deyirlər. Tamam, tutalım, Qərb onları başdan çıxa­rıb, bəs, Rusiyanın böyüklüyü? Yoxdurmu buna qarşı çıxacaq fəhmi? Ancaq tankla, topla, raketləmi olur böyüklük? Hər gün Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın silahlı qüvvələrinə məxsus neçəsə hərbi texnikanın, canlı qüvvənin məhv edildiyinə dair xəbər yayır. Geniş düşünəndə bundan böyük rəzalət yoxdur. Kimdir öldürülənlər, kimlərdir qanına-qəltan edilənlər? Qardaş­lar! Həmin muxinlərin yaratdıqları ictimai rəy bu miskin mənzərəni qüdrət simvolu kimi sırımaqdadır. Olsun, görək nə vaxta­dək dünyaya makaron deşiyindən baxa­caqlar!
Hadisə və proseslərə dar bucaqdan ta­maşa edənlər Qarabağı qədim rus yurdu kimi də görə bilərlər. Yəni, belə bir şey or­taya atsalar, qətiyyən təəccüblənmək lazım deyil. 44 günlük müharibədən sonra balaca Ermənistan o boyda Rusiyanın siyasi istab­leşmentini İrəvanın mərkəzi meydanındakı kanalizasiya qapağının başına dolayıb, an­caq bundan xəbərləri belə yoxdur. Necə ki, Qərb 2018-ci ildə gəlib illərdə bəslədikləri ölkəni alıb aparanda ruhları inciməmişdi, indi də eyni durumdadırlar. Elə bilirlər, er­mənilər təzədən Rusiyanı "sevəcək". Bu "sevgi" üçün hər şeyə hazır olacaq, hər cür ədalətsizliyə göz yumacaq durumdadırlar. Bu qədər miskindirlər, acizdirlər.
Bəli, nankor saydıqları Ermənistandan ayrıla bilmirlər. Baş nazir Nikol Paşinyan nə qədər aşağılayırsa, yenə də ondan yapı­şıblar. İstəyirlər ki, ölkə yenidən Rusiyanın orbitinə qayıtsın. Qayıtmayacaq. Boşuna ümid bəsləyirlər. Bu gün-sabah Paşinyan deyəcək ki, Gümrüdəki 102-ci rus hərbi bazası da çıxıb rədd olsun, öz sərhədlə­rimizi özümüz qoruyacağıq. Necə ki, indi Zəngəzur dəhlizi yolu üzərindəki sərhədi özləri qoruyacaqlarını bildirirlər, onu da dilə gətirəcəklər. Mövcud istiqamətdə "mübariz erməni xalqına" xas pafos və populizmlərini bütün dünyaya yayıb dünyadakı anti-Rusi­ya ovqatına yeni rəng çalarları gətirəcəklər.
Gözləsinlər və unutmasınlar ki, bu sa­yaq erməni vay-şüvəninə qarşı çıxacaq heç nələri yoxdur. Qətiyyən yoxdur! Muxinki­milər fəsiləsinin təmsilçiləri isə durub Qa­rabağda bir ovuc erməninin rus sevgisin­dən ağızdolusu söz açsınlar, Azərbaycanın mövqeyini saymazdan gəlsinlər! Buyursun­lar, görək sonra nə olur!
İrəvan Qarabağdan əlini üzmüş durum­dadır. Sadəcə, erməni xisləti bu fikirdədir ki, ərazi Ermənistanın olmayacaqsa, heç Azərbaycanın da olmasın. Çox güman, Paşinyan bir neçə gün öncə Rusiya Prezi­denti Vladimir Putinlə Soçidə bunu müza­kirə edib. Mümkündür ki, çaqqalvari gülüm­səyərək, "Qarabağı verdik sizə" də deyib. Bu tayfa təfəkkürlü məxluqdan nə desən gözləmək mümkündür. Əsl paradoksallıq isə budur ki, Rusiya ictimai rəyi də Paşin­yan kimi çaqqalların dedikləri ilə oturub-du­rur. Çaqqalların namərdliyini adi qarşılayır. Çünki onların nankorluqlarından həzz ala­caq qədər eybəcərləşiblər.
Bəli, Azərbaycana qarşı çıxmaq, xalqı­mızın iradəsinin ifadəçisi olan dövlətimizin möqveyini heçə saymaq, politoloq, sosio­loq, seksoloq tör-töküntülərinin formalaş­dırdıqları Rusiyanın ictimai rəyi üçün bunlar çox baha başa gələcək. Heç nə olmamış kimi, erməniləri ağına-bozuna baxmadan müdafiə etmək olmalıymış, bu müdafiə haqlıymış kimi davranmaqdadırlar. Beləlik­lə, Rusiya – Azərbaycan münasibətlərinə də xələl gətirirlər… Rusiya kimi ölkənin Cə­nubi Qafqazdakı mövcudluq, təsir faktoru Qarabağ olacaqmışsa, olmaz olsun belə varlıq. Yaramaz politoloq qövmü bu məqa­mı düşünə bilmir. Görünür, şüursuzluq və onun doğurduğu axmaqlıq son dərəcə yük­sək fazadadır. Bəs, Rusiya dövləti? O da (mı)…
Əvəz CAHANGİROĞLU,
"Xalq qəzeti" / konkret.az

Siyasi     Baxılıb: 168   Tarix: 11 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Nazirdən İrana xəbərdarlıq kimi XATIRLATMA: "Atəşkəs rejimi..."

İsrailin müdafiə naziri İsrael Katz ABŞ müdafiə naziri Pit Heqsetlə telefon danışığı aparıb. xəbər verir ki, görüş zamanı Katz ABŞ tərəfini əmin edib ki, İsrail mövcud atəşkəs rejiminə sadiqdir və bu rejim yalnız İran tərəfində

Tramp Pezeşkiyanla görüş üçün şəxsən Türkiyəyə getməyə hazırdır

ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşmanın əldə olunması naminə Türkiyəyə səfər etməyə hazır olduğunu bəyan edib. xəbər verir ki, bu barədə məlumat yayan Axios portalının yazdığına görə, Tramp bu təklifi Türkiy

İsrailin Xameneiyə hücum təhdidləri... - Arakçı

ABŞ və İsrailin İranın ali dini lideri Ayətullah Əli Xamaneiyə hücum təhdidləri ən böyük cinayətdir. -a istinadən xəbər verir ki, bunu İraninin xarici işlər naziri Abbas Arakçı "NBC Nyus"a verdiyi müsahibədə deyib

İlham Əliyev Yevlaxa səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Avropadan Rusiyaya qarşı GEDİŞ - Qıcıqlandırdılar və

ABŞ Rusiyanı qıcıqlandırmaq istəmirdi, lakin Avropalılar imkan vermədi. xəbər verir ki, Fransanın Le Monde nəşri maraqlı iddia ilə çıxış edib. Məlumata görə, ABŞ BMT-də Ukrayna ilə bağlı qətnamə layihəsini Rusiya ilə razılaşdırıb

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində iordaniyalı həmkarı Ayman Safadi ilə görüşərək regional təhlükəsizliyi müzakir

Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin "İstanbul Bəyannaməsi" və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-c

Bu tarixdən Çinə vizasız gedəcəyik

Bu ilin 23 aprelində Pekində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i

Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır' - Deputat etiraz etdi

Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə deputatlara məlumat verə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az sonxeberler cəbhədən son görüntülər sonxeber