"O səsi tanıdım…" – Aybeniz Haşımovadan qızına kövrək ad günü təbriki
Tanınmış sənətçi Aybeniz Haşımova qızı Aynişanın ad günü münasibətilə sosial mediada duyğusal paylaşım edib.
azxeber.com xəbər verir ki, sənətçi paylaşımında illər əvvəl ana olduğu günü xatırlayaraq həmin anları "həyatının ən böyük imtahanı və möcüzəsi" kimi təsvir edib.
O, martın 20-dən 21-nə keçən gecə saat 01:30-da dünyaya gələn qızının ilk səsini eşitdiyi anı xüsusi vurğulayaraq, bu hisslərin sözlə ifadə olunmasının çətin olduğunu bildirib.
"Və gecə saat 01:30, 20-dən 21-ə keçən gecə. Bir səs gəldi, bu səsi sanki əvvəl də eşitmişdim. Bir vaxtlar səhnədə çox zil səslə muğam oxuyarkən, yüksək bir notda içimdən qopan bir haray duymuşdum. O səs balamın səsi idi. Tanıdım onu…"
Paylaşımda uzun müddət çəkdiyi əziyyətlərdən, etdiyi dualardan bəhs edən Haşımova, övladının sağlam şəkildə dünyaya gəlməsini Allahın bir lütfü kimi dəyərləndirib. O qeyd edib ki, həmin andan sonra onun üçün yeni bir həyat başlayıb və bütün çətinliklər övladının gəlişi ilə unudulub.
Müğənni hazırda da dualarının mərkəzində qızının olduğunu vurğulayaraq, onun xoşbəxt, mərhəmətli və xeyirli bir insan kimi böyüməsini arzuladığını bildirib. Eyni zamanda, bütün anaların dualarının qəbul olunmasını diləyib.
Sonda isə sənətçi qızı Aynişaya sevgi dolu sözlərlə müraciət edərək, onu bu dünyada ən çox sevən insanın özü olduğunu qeyd edib və ad günü münasibətilə xoş arzularını çatdırıb.
Aysel

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək