"O silah gec-tez hamımızın qapısını döyəcək
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Kahramanmaraşda məktəbdə baş verən insidentlə bağlı paylaşım edib .
azxeber.com xəbər verir ki, şagirdlərini qoruyarkən həlak olan Ayla müəllimin fotosunu paylaşan aparıcı bunları yazıb:
"Bir neçə gün əvvəl bulvarda tapdalanmış, qoparılmış çiçəkləri görəndə içim sızıldadı… Amma etiraf edim ki, çox da təəccüblənmədim. Çünki, biz get-gedə gözəlliyə qarşı hisslərini itirən bir cəmiyyətə çevrilirik. Axı, bir insan çiçəyi necə məhv edə bilər? Necə bir gözəlliyi məhv edərkən heç nə hiss etməz? Cavab çox ağırdır: içində sevgi olmayan insan hər şeyə qıyar, çiçəyə də, heyvana da, insana da… Bu gün dünyada baş verənlər də bunun acı sübutudur. Son günlər Türkiyədə məktəbdə baş verən faciə - bir uşağın əlində silahla öz sinif yoldaşlarına, dostlarına, ona dərs deyən müəlliminə qıyacaq qədər qəddarlaşması.
Sadəcə bir xəbər deyil, faciədir. Bu, hamımız üçün siqnaldır. Bu "bir yerdə səhv edirik" deməkdir. Uşaqlar doğulanda su kimi pak, məsum olurlar. Heç biri qəddar doğulmur. Onları ya biz belə edirik, ya da gözümüzün qarşısında dəyişirlər və biz bunu görməzdən gəlirik. Bu gün məktəblərdəki vəziyyət də düşündürücüdür. Müəllimlər çox vaxt gördüyünü deməyə, şikayət etməyə çəkinir. Çünki, bilir ki, bir çox halda valideyn əvvəlcə öz övladını yox, müəllimi günahlandıracaq. Sosial mediada isə hadisənin mahiyyətini bilmədən, kütlə psixologiyası ilə insanlar məktəbi, müəllimi hədəfə alır. Bəzən bu təyziq o həddə çatır ki, yersiz qınaqlar bir insanı mənəvi olaraq sındırır və özünə qəsdə qədər gətirir. Halbuki, müəllim uşağın həyatında valideyndən sonra ən böyük təsir gücünə sahib insandır. Əgər biz müəllimi susdururuqsa, əslində uşağın gələcəyini susdururuq.
Bu gün uşaqların əlində telefon, planşet var. Saatlarla nə oynadıqlarını bilmirik. O oyunlarda nə var?! Zorakılıq, aqressiya, hissizləşmə… Uşaq hər gün bunu görəndə, bir müddət sonra bunu normal saymağa başlayır. Və biz bunu çox gec başa düşürük. Valideyn olmaq qorumaqdır. Nə izlədiyini bilmək, nə oynadığını izləməkdir. Onun qəlbini doldurmaqdır. Qəlbini haqsızlıqla, nifrətlə doldurduğumuz uşaq gələcəyin yırtıcısına çevrilə bilər…. Amma biz ona mərhəməti öyrətsək, o da bir gün kiminsə yarasını saracaq. Yıxılanı qaldırmağı, haqsızlığa susmamağı, böyük-kiçiyə hörmət etməyi, valideyn haqqını itirməməyi, dəyərlərə sadiq qalmağı uşaqlarımıza aşılasaq, tamam başqa bir dünya qura bilərik. Bu gün seçim bizimdir: ya uşaqlarımızı laqeydliklə, məsuliyyətsizliklə böyüdüb cəmiyyətə təhlükə kimi buraxacağıq, ya da onları vicdanlı, məsuliyyətli və əsl insan kimi yetişdirəcəyik. Unutmayaq, bu gün görməzlikdən gəldiyimiz hər səhv, sabah bir uşağın əlində silaha çevriləcək. Və o silah gec-tez hamımızın qapısını döyəcək".

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək