Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli AÇIQLANDI
"Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
KONKRET.az xəbər verir ki, qeyd olunan avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri bunlardı:
www.aayda.gov.az/uploads/1698390259.pdf
– Başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i);
– Son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
– Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);
– Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);
– Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;
– Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).
Qeyd edək ki, ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.
Avtonəqliyyat vasitələrinin növünə və müxtəlif məntəqələrə uyğun ödənişli yoldan istifadəyə görə qiymət CƏDVƏLİ:
www.aayda.gov.az/uploads/1698392863.pdf
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi