"Ofisiantlar qadınları içirdərək zorlayıblar" – Kruiz gəmilərində baş verənlərlə bağlı araşdırma başladı
" class="imgbcode" />Kruiz gəmiləri çoxları üçün əla tətil məkanı sayılsa da, sərnişinlər burada ciddi problemlərlə üzləşirlər.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) mühüm araşdırmalar aparıb.
FTB-nin məlumatlarına görə, 2023-cü ildə gəmilərdə 131 cinsi təcavüz hadisəsi qeydə alınıb. Artan şikayətlərdən 79-u zorlama ilə bağlı olub.
Hüquqşünas Mike Uinkleman bildirib ki, dənizlərdə cinsi təcavüz iddiaları getdikcə artır.
"Məsələn, keçən həftə Kentukkidən olan iki qadının Baham adalarına səfəri zamanı narkotik və cinsi təcavüzə məruz qaldıqları gündəm yaradıb. İddia edilir ki, ofisiantlar tərəfindən içkilərinə narkotik qatıldıqdan sonra onlara təcavüz edilib. Hadisə ilə bağlı müraciətlə Baham adalarının Kral Polisi məşğul olur.
ŞİKAYƏTLƏR BEŞ İLƏ İKİ DƏFƏ ARTIB
FTB tərəfindən ABŞ limanlarında və xaricdə kruizlər həyata keçirən bütün şirkətlərdən şübhəli ölümlər, itkin düşmüş şəxslər və dəyəri 10.000 dollardan çox olan əşyaların oğurlanması kimi cinayətlərlə bağlı insident hesabatları təqdim etmələri tələb olunur.
2023-cü ildə quruma daxil olan şikayətlər əsasında neçə nəfərin həbs olunduğu bəlli deyil, lakin 2018-ci ildə qeydə alınan 77 cinsi təcavüzlə müqayisədə bu rəqəmin artması diqqət çəkir.
Keçən il baxılan bütün işlərdə spirtli içkilərdən həddən artıq istifadənin fəsadları aşkarlanıb. Bununla belə, bəzi kruiz gəmilərində limitsiz içki paketləri bir sərnişin üçün gündə 60 dollardan başlayır.
İddia edilən cinayətlər DJ kabinələrində, eləcə də təhlükəsizlik kameralarının qeydə almadığı yerlərdə baş verib.
Bir çox hallarda qadınlara işçilər tərəfindən elə içki verilib ki, onlar bunu qəbul etdikdən sonra huşlarını itirirlər.
Məsələn, "Royal Caribbean"a qarşı açılan iddiada bir qadın 2022-ci ilin aprelində kruizdə bir işçi tərəfindən ona içki verildiyini, huşunu itirdiyini və zorlandığını iddia edir.
Başqa bir iddiada isə deyilir ki, qadını gəmidə oral sekslə məşğul olmağa məcbur ediblər.
Bildirilir ki, gəmidə cinsi təcavüz qurbanları səyahət zamanı həyat yoldaşları və uşaqları ilə birlikdə olub və bu, travmanı daha da artırıb.
Kruiz gəmilərinin reputasiyası buna görə xeyli aşağı düşüb.
Ariz Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi