Oğlu şəhzadə Diana ilə birlikdə ölən milyarder vəfat etdi
Oğlu şahzadə Diana ilə avtomobil qəzasında ölmüş biznesmen Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Əl-Fayed Misirdə anadan olub, Yaxın Şərqdə biznes imperiyası qurub və 1970-ci illərdə Böyük Britaniyaya köçüb.
O, İngiltərənin "Fulhem" futbol klubunun, Parisdəki "Ritz" hotelinin və Londondakı "Harrods" univermağının sahibi olub.
O həmçinin "Fulhem" stadionunun kənarında abidə ucaltdığı mərhum Maykl Ceksonla da dost olub.
Son illərdə Əl-Fayed, demək olar ki, ictimaiyyət qarşısına çıxmır və həyat yoldaşı Hayni ilə birlikdə Surrey qraflığında malikanədə yaşayırdı.
Şahzadə Diana və sevgilisi – sözügedən biznesmenin oğlu Dodi Əl-Fayed 1997-ci ilin avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olublar.
2008-ci ildə London Ali Məhkəməsində andlı iclasçılar qəzaya sürücünün səhlənkarlığı və təqib edən müxbirlərin səbəb olduğu qənaətinə gəlib.
Məhəmməd Əl-Fayed rəsmi versiya ilə razılaşmayıb və uzun müddət öz araşdırmasını aparıb, lakin sonda andlı iclasçıların qərarı ilə barışıb:
"Yetər. Bunu Uca Yaradana tapşırıram. Lakin mən özüm başqa heç nə etməyəcəyəm".//Report
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu