"Oğuz" İctimai Birliyi yeni layihəyə imza atdı - FOTO

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi növbəti layihəni uğurla başa vurub.
AZXEBER. COM xəbər verir ki, layihə çərçivəsində müxtəlif dövrlərin bir sıra erməni yazarlarının mənbələrində Azərbaycan tarixinə və coğrafiyasına dair iqtibaslar toplanaraq bir araya gətirilib və dilimizə tərcümə edilərək kitab şəklində nəşr edilib. Bu sırada erməni-hay yazarları Yegişenin, Favstos Buzandın yazdıqları ədəbiyyatlar, eləcə də, 1722-1736-cı illərin erməni anonim xronikası tarixçi və tədqiqatçılar tərəfindən diqqətlə incələnib, həmin qaynaqlarda olan Vətənimizlə bağlı məlumatlar toplanıb və gələcəkdə tarixçilərimizin ixtiyarına verilmək məqsədilə dilimizə tərcümə edilərək kitab halına salınıb və "Bəzi erməni mənbələrində Azərbaycan tarixinə dair iqtibaslar" adı ilə kütləvi tirajla nəşr olunub. Birliyin sədri Ceyhun Bayramlı verdiyi açıqlamada əsasən erməni Qriqorian kilsəsinin dəstəyi ilə müxtəlif dövrlərdə ərsəyə gətirilmiş çoxsaylı erməni mənbələrində Vətənimizin tarixi və coğrafiyası, eləcə də, müxtəlif tarixi şəxsiyyətlərimiz barədə hansı məlumatların yer aldığı, nələrin təhrifə uğradıldığı hər zaman bizləri düşündürüb və narahat edib. Yüz illər boyu xalqımıza qarşı sistemli fəaliyyət göstərmiş və şovinizm xəstəliyinə düçar olmuş bir toplumun istinad etdiyi əsas faktorlardan biri də məhz həmin erməni mənbələridir.
Əsrlər boyu erməni-hay etnosunun maraqlarının ruporu rolunda çıxış etmiş erməni Qriqorian kilsəsinin bizlərə yönəlik məkrli niyyətlərini, tarixi saxtalaşdırmaq və ermənilərə saxta "qədim tarix" və milli ideologiya qurmaq cəhdlərini təməlli olaraq ifşa etmək üçün bu ədəbiyyatların tədqiqatçılarımız tərəfindən dərindən incələnərək araşdırılmasına ehtiyac vardır, bu baxımdan da sözügedən layihənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyəti böyükdür. "Oğuz" İctimai Birliyi tərəfindən başladılan iş əslində cəmiyyətimiz üçün olduqca aktual bir mövzuya nüfuz etmək, tarixçilərimizin və ictimaiyyətimizin məlumat bazasını genişləndirmək məqsədi daşıyır və gələcəkdə bu işin ardıcıl şəkildə davam etdirilməsi, digər erməni yazarlarının bizlərlə bağlı verdiyi məlumatların sistemli bir şəkildə toplanaraq saf-çürük edilib elmi ictimaiyyətin ixtiyarına verilməsi nəzərdə tutulur.

Sosial       Tarix: 23 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler xəbər.az cəbhədən video son xeberler az