Okan Bayülgen xalq artisti Alim Qasımova qarşı işlətdiyi sözə görə üzr istəmədi - VİDEO

Okan Bayülgen xalq artisti Alim Qasımova qarşı işlətdiyi sözə görə üzr istəmədi - VİDEOBir neçə gün əvvəl türkiyəli aparıcı Okan Bayülgənin "Muhabbet Kralı" verilişində qonaq olarkən Xalq artisti Azərinin aparıcıya "Azəri deməyin, Azərbaycan türkcəsi deyin" sözləri müzakirə mövzusuna çevrilmişdi.
Open.az xəbər verir ki, O. Bayülgən "Okan Bayülgen ile uykusuzlar kulübü" verilişində məsələyə belə aydınlıq gətirib: "Bir məlumat çatdırmaq istəyirəm. Üzr deyil bu, sadəcə bildirirəm. Azərbaycan türkləri ilə iki veriliş təqdim etdik. Həm mən müxtəlif məlumatlar aldım, həm də izləyicilərimiz razı qaldılar. Bir çox gerçəklər aydınlığa çıxdı. Dəyərli sənətçi Azərin xanıma ard-arda məlumatlar əldə etmək üçün suallar verdim. Nə üçün azəri deyilməməlidir, Azərbaycan türkü deyilməli olduğunu ondan öyrəndim. Məni və izləyicilərimizi məlumatlandırmaq üçün sualları ünvanladım. Ancaq mediada çıxan xəbərlər belədir "Okana sillə kimi cavab". Axı mən sual verdim!".
Aparıcı daha sonra Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın verilişdə qonaq olduğu zaman yaşanan anlaşılmazlığa aydınlıq gətirib: "Azərbaycanın milli xəzinəsi olaraq qəbul edilən çox böyük bir sənətçi Alim Qasımovu və dəyərli Fərqanə Qasımovanı qonaq olaraq dəvət etdim. Verilişdə ilk olaraq onların ifalarını dinlədik, gözlərimizdən yaşlar axdı. Mən də o səsləndirmələr içərisində gördüyüm bir detalı sual verdim. "Siz çox özəl sənətçisiniz və yanınızda dəyərli sənətçi qızınız var. Nə qızınıza güzəşt edirsiniz, nə də yanınızda olan musiqiçilərə". Sadəcə, mən o sözü çox diqqətli şəkildə türk sözləri ilə ifadə edərək dedim. Alim bəy təəccübləndi, mən də digər qonaqlar da başa düşmədik. Nə demək istədiyimi sual verdi, biz də açıqladıq. "Yaxşı" dedi. Veriliş sona çatdı, biz şəkillər çəkdirdik. Məlum oldu ki, o sözün başqa bir mənası var imiş. Mən güzəştə getmək demək yerinə türk dilində bu ifadəni söyləmişdim. İndi Azərbaycanda deyirlər ki, "efirdə bu sözü necə deyə bilər". Bu əslində iki mədəniyyət arasındakı fərq deməyim, bəzi sözlərin hansı ifadə ilə dəyişildiyini bilmirik. Həm diplomatik, həm də mədəni münasibətlərdə bu fərqlər ortaya çıxır. Biz də bir şey başa düşmədik, bilsəydik yayımdan o hissəni kəsərdik. Daha sonra da bizə bunu bildirmədilər ki, "bunu necə deyə bilərsiz". Biz bilsək o hissəni yayımlamazdıq.
Daha sonra Bakıdan tanıdığım azərbaycanlı dostlarım dedilər ki, "bunu demisən, amma təhlükəli sözdür". Təbii ki, qızlarımızdan mən bu şəkildə danışa bilmərəm. Bunlar bir yerdə öyrəndiyimiz mədəni fərqlərdir. Elə bir niyyətim ola bilməz. Əgər üzr istəmək lazımdırsa, diləyə bilərəm. Amma mən burada üzr istənəcək bir şey görmürəm. Sadəcə, bu mədəni fərqi açıqlamaq istədim".

/open.az

Şou Biznes       Tarix: 15 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum valyuta mezennesi sosial yardim kriminal