Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADIAzərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməyə məcbur olub-olmaması vətəndaşları maraqlandıran əsas məsələlərdəndir.
 Bəs vəfat edən şəxsin kredit borcu kimə keçir? Bank mərhumun yaxınlarından borcun tam ödənilməsini tələb edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, vəfat edən şəxsin kredit borcuna görə vərəsələrin məsuliyyəti onlara miras qalan əmlakın dəyəri ilə məhdudlaşır.
Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADIEkspertin sözlərinə görə, bank mərhumun borcunun ödənilməsini tələb edərkən vərəsələrə keçən miras əmlakın dəyərini nəzərə almalıdır:
"Vəfat edən şəxsin kredit borcu onun vərəsələrindən yalnız onlara keçən miras əmlakın dəyəri həddində tələb oluna bilər. Yəni mərhumdan ev, avtomobil, pul və ya digər əmlak qalıbsa, vərəsələr həmin əmlakın dəyəri qədər borca görə məsuliyyət daşıyırlar. Bankın bundan artıq məbləği tələb etmək hüququ yoxdur".
Əkrəm Həsənov vurğulayıb ki, mərhumdan heç bir əmlak qalmayıbsa, vərəsələrin həmin kredit borcunu öz şəxsi vəsaitləri hesabına ödəmək öhdəliyi yaranmır.
"Əgər vəfat edən şəxsdən heç bir əmlak qalmayıbsa, vərəsədən kreditin ödənilməsini tələb etmək olmaz. Miras qalan əmlakın dəyəri borcdan azdırsa, vərəsənin məsuliyyəti də həmin əmlakın dəyəri ilə məhdudlaşır. Başqa sözlə, vərəsə miras qalan əmlakın dəyərindən artıq borcu ödəməyə borclu deyil", – deyə ekspert qeyd edib.
Beləliklə, vəfat edən şəxsin kredit borcunun olması onun övladlarının və digər yaxınlarının avtomatik olaraq həmin borcu tam ödəməli olduğu anlamına gəlmir. Vərəsələrin məsuliyyəti mirasla bağlı qanunvericiliyin tələbləri əsasında müəyyən edilir.
Qeyd edək ki, kredit üzrə zaminlik, birgə borcalanlıq və sığorta müqaviləsinin mövcudluğu kimi hallar borcun ödənilməsi məsələsinə ayrıca təsir göstərə bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb. -a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. O, Lənkəra

Avtomobil 72 yaşlı qadını vurdu

Culfa şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobil yolu keçən, 1954-cü il təvəllüdlü Xədicə Rəşad qızı Cəfərovanı vurub. Nəticədə xəsarət alan 72 yaşlı qadın Naxçıva

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri

İşə başlamamış pul alacaqlar – Yeni qərar

Fermerlər gələn ildən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmamış, əvvəlcədən ala biləcəklər. yenisabah-a istinadən xəbər verir ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə ilkin maliyyə ehtiyacların


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər krminal bu gun son xeber.az valyuta mezennesi