Ölən uşaqlar həmin quyuya necə düşüb?
Ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki uşağın ölümü ilə nəticələnən bədbəxt hadisənin detalları məlum olub.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə qəsəbənin Xanlar massivi kimi tanınan ərazisində – küçənin kənarındakı istifadəsiz quyuda baş verib.
Belə ki, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü uşaqlar yolda oynayarkən istifadəsiz qalmış və hazırda çirkab suları ilə dolu olan quyuya düşüblər. Yaxınları onları axtararkən hər iki uşağın quyuda olmasını öyrəniblər. Əvvəlcə uşaqların ailə üzvləri və qonşular öz imkanları ilə onların meyitini quyudan çıxarmağa çalışıblar və bir neçə saat ərzində buna cəhd ediblər.
Lakin daha sonra meyitləri çıxarmaq mümkün olmadığından FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət edilib.
Xilasedicilər bu gün səhər saat 5-dək ərazidə çalışaraq 10 yaşlı iki oğlanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı