Ölənlərin sayı 400 mini keçdi - Dünya pandemiyanın əsirinə çevrilib
Son sutka ərzində dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 4253 nəfər artaraq 400 mini keçib, yoluxanların sayı isə 128 min 39 nəfər çoxalaraq 7 milyona yaxınlaşıb.
Publika.az dünyadakı ölüm hallarının statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 12:30-a olan məlumata əsasən, dünya üzrə 6 milyon 993 min 767 yoluxma və 402 min 438 ölüm faktı qeydə alınıb, 3 milyon 419 min 952 xəstə isə sağalıb.
Dünya üzrə ən çox yoluxma halı ABŞ-da qeydə alınıb: 1 milyon 988 min 545 nəfər. Sonrakı yerlərdə Braziliya (676 min 494 nəfər), Rusiya (467 min 673 nəfər), İspaniya (288 min 390 nəfər), Böyük Britaniya (284 min 868 nəfər), Hindistan (247 min 195 nəfər) və İtaliya (234 min 801 nəfər) gəlir.
Birləşmiş Ştatlar COVID-19-dan ölənlərin sayına görə də dünya lideridir (112 min 96 nəfər). İlk beşlikdə yer alan Birləşmiş Krallıqda 40 min 465, Braziliyada 36 min 44, İtaliyada 33 min 846, Fransada isə 29 min 142 nəfər həyatını itirib.
Saytın məlumatına görə, dünya əhalisi arasında koronavirus səbəbindən ölüm səviyyəsi hər milyon insana orta hesabla 51,6 nəfərdir. Bu göstərici Böyük Britaniyada 596, İspaniyada 580, İtaliyada 560, Fransada 447, ABŞ-da 339, Braziliyada 170, Peruda 157, Almaniyada 105, İranda 98, Türkiyədə 55 nəfər təşkil edir.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi