Olimpiya Oyunları barədə QƏRAR VERİLDİ - FOTO
Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələri və Avropa ölkələrnin üzv Milli Olimpiya Komitələri ilə video konfrans keçirib.
Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax vbildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq. Hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda reallaşacaq.
Video-konfransda Olimpiya Hərəkatının COVİD 19-la bağlı tədbirlər planı müzakirə olunub.
MOK mətbuat xidmətindən -a verilən məlumata görə, müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı aparılan spekulyasiyalar yolverilməzdir. Spekulyasiya beynəlxalq birjalarda Yaponiya höküməti səhmlərinin qiymətinin 16% enməsi ilə yanaşı başqa mənfi nəticələrə də yol açır.
Tomas Baxın sözlərinə görə, BOK Milli Olimpiya Komitələri və beynəlxalq idman federasiyaları ilə birgə Olimpiadanın keçirilməsi üçün mümkün bütün tədbirləri reallaşdırmaqda maraqlıdır.
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaların yarıdan çoxunun (57 %) təmin olunmasını xatırladan BOK rəsmisi, lisensiya yarışları təxirə salınan idman növləri üçün Olimpiya qanunlarına uyğun tədbirlər görülməsinin va ya əlavə kvota yerlərinin ayrılmasının mümkünlüyünü də bildirib. /publika.az

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu