Ölkədə aparılan islahatlar vətəndaş məmnunluğunu artırır

Ölkədə aparılan islahatlar vətəndaş məmnunluğunu artırır25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. 
Dövlət başçısı  çıxışında ilk növbədə, rayonlarda vəziyyətin geniş təhlil olunmasını və  mövcud nöqsanların aşkar edilərək aradan qaldırılmasını tövsiyyə edib. 
Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində görülən geniş abadlıq-quruculuq işlərindən, icra edilən böyük infrastruktur layihələrindən və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qaldırılmasından söz açan Prezident görülən işləri rayonların sosial-iqtisadi inkişafına çox böyük töhfə hesab etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti şəhid ailələrinə və qazilərə dövlət qayğısının davamlı olmasını bir daha qətiyyətlə bəyan və ifadə edib: "Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq, ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir".
Sevindirici bir haldır ki, ölkə əhalisində böyük  artım var. Respublikamız müstəqilliyə qovuşduğu illərdə Azərbaycanın əhalisinin sayı 7 milyondan bir az çox idi. Bu gün artıq əhalimizin sayı 10 milyonu keçib. Buna görə də bütün bölgələrdə yeni iş yerləri açılmalıdır. 
Öz doğma torpaqlarından didərgin düşən soydaşlarımız tədricən geri qayıdırlar. Zəngilanın Ağalı kəndində bu gün həyat qaynayır. Ağalılar sevinc içərisindədirlər. Onlar üçün orada hər bir şərait yaradılıb. Digər işğaldan azad edilmiş ərazilərimizdə də qlobal işlər gedir. O torpaqlara qayıdan hər bir soydaşımız işlə təmin olunacaq. 
Lakin regionlarda da əhalinin artımı müşahidə olunur və işlə təmin olmayaraq gənclərin Bakı şəhərinə üz tutmamaları, öz rayonlarında müvafiq işlə təmin olunmaları üçün həmin rayonlarda da qısa müddətdə iş yerlərinin açılması vacib amillərdən biridir. 
Son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları Azərbaycan ictimaiyyətinə Prezidentin siyasətini və niyyətini göstərir. Dövlət başçısı əmin olduğunu bildirdi ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, təbii ki, problemlər aradan qaldırılacaq: "Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən, sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır".
Birmənalı olaraq demək lazımdır ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ilk növbədə xalqın mənafelərinin təmin olunmasına istiqamətləndirilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə həmrəylik nümayiş etdirir, Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin həyata keçirdiyi xarici və daxili siyasəti bütünlüklə dəstəkləyir.
Məhi Həsənov
Saray qəsəbə bələdiyyəsinin sədri

Siyasi       Tarix: 28 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu cəbhədən şad xəbər cəbhədən son xeber cəbhədən son xəbər