Ölkəmizdə qış turizm mərkəzlərində istirahət əlverişlidir? - AÇIQLAMA

Ölkəmizdə qış turizm mərkəzlərində istirahət əlverişlidir? - AÇIQLAMAÖlkəmizdə qış turizm mərkəzlərində istirahət əlverişlidir? - AÇIQLAMA
"Azərbaycanda qış turizm mərkəzlərində qiymətlər müəyyən qədər əlçatandır. Lakin tələbatın yüksək olduğu dövrlərdə, o cümlədən bayram günləri və həftəsonları müəyyən qədər bahalaşma ola bilər".
Bunu Trend-ə açıqlamasında turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, qış turizmi təkcə sürüşmək, kanatla gəzmək deyil, eyni zamanda təbiəti hiss etmək, dağ rayonlarında qar görmək və s. bu turizm növünün elementləridir.
"Düzdür, beş ulduz səviyyəsində, müəyyən müasir standartlara cavab verən qış təsisatlarımızda istirahətin hər kəs üçün əlçatan olduğunu deyə bilmərik. Amma yenə də qiymətlərin çox da baha və şişirdilmiş olmadığını görürük. Qar görmək, qışda təbiəti seyr etmək üçün regionlara sadə səfərlər də etmək olar. Xüsusən, regionlarda yerləşən hotellərdə müqayisəli qiymətlər tapmaq mümkündür. Çünki qışda yay mövsümü ilə müqayisədə səfərlərin sayı o qədər də çox olmur. Bəzi regionlarda qalmaq üçün individual şərait var, vətəndaşlar şəxsi evlərini icarəyə verirlər. Dediyim kimi xarici ölkələrlə müqayisə etdikdə qiymətlərin o qədər də yüksək olmadığını görürük. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, əgər 2019-cu ildə adambaşına düşən turizm xərcləri 1000-1300 dollar idisə, 2021-ci ildə bu rəqəm 1500 dollar ətrafındadır. Bu da uçuş və xidmət sahələrində qiymətlərin artması, koronavirus testləri kimi əlavə xərclərin ortaya çıxması ilə əlaqədardır", - deyə ekspert bildirib.
Qeyd edək ki, hazırda ölkədə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Şahdağ, Tufandağ və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq qış istirahət mərkəzləridir. /oxu.az

Turizm       Tarix: 03 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az son xeberler az gunun xeberleri hava durumu