"Ölkəmizdə sabitliyi pozmaq istəyənlər heç bir arzularına nail ola bilməyəcəklər" – Deputat
"Həmkarım Fazil Mustafanın həyatına qarşı təşkil olunan sui-qəsd narahatedici hadisədir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, Fazil Mustafa Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə sadiq olan, eləcə də öz dövlətinin inkişafı üçün kifayət qədər əziyyətləri olmuş şəxsdir:
"Həmkarımızın həyatına sui-qəsd Azərbaycanı istəməyən, ölkəmizə düşmən kəsilən, milli müstəqilliyimizi və uğurlarımızı həzm edə bilməyən, xaricdən idarə olunan məkrli qüvvələrin niyyətinin ifadəsi kimi qiymətləndirilməlidir. Onların məqsədi ölkəmizdə sabitliyi pozmaq, xoşagəlməz hadisələrə rəvac vermək və xalqın dövlətimizə olan inamına zərbə vurmaqdır. Amma bu qüvvələr yanılır. Heç bir arzularına nail ola bilməyəcəklər. Azərbaycan xalqı və dövləti arasında möhkəm birlik, həmrəylik var, dövlətimizin atmış olduğu hər bir addım Azərbaycan xalqının iradəsinə söykənir".
F.Ağamalı qeyd edib ki, törədilmiş terror aktı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən yüksək peşəkarlıqla araşdırılacaq: "Bu terroru törədən şəxslər tez bir zamanda müəyyənləşəcək, onlara qarşı lazımi tədbirlər görüləcək. Şükürlər olsun ki, uca tanrı həmkarımızı qorudu. Fazil Mustafaya şəfa diləyirəm və onun tezliklə aramıza yenidən qatılmasını arzu edirəm".
Aydın Nuri

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir