Ölkəmizə qarşı hər hansı bir təcavüzün qarşısı qətiyyətlə alınacaq' - XİN-dən İrana cavab

Ölkəmizə qarşı hər hansı bir təcavüzün qarşısı qətiyyətlə alınacaq' - XİN-dən İrana cavabAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin martın 31-də İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib.
azxeber.com-un xəbərinə görə, Ayxan Hacızadə deyib: "Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 31 mart tarixində açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın".
O xatırladıb ki, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk:
"Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.
Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.
Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.
Qeyd edilənlərlə əlaqədar, mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır.
İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq".

Siyasi       Tarix: 31 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri sonxəbərlər sosial yardim meherremlik 2026