Ölkəmizin dünya miqyasında tanınmasında idman siyasəti mühüm rol oynayır

Ölkəmizin dünya miqyasında tanınmasında idman siyasəti mühüm rol oynayırDövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər arasında beynəlxalq idman tədbirləri də xüsusu yer tutur. Beynəlxalq idman tədbirləri dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Belə idman tədbirləri həm də ölkənin imicinin və nüfuzunun formalaşmasında böyük rol oynayır. Son illər hərtərəfli inkişafa nail olan Azərbaycan artıq güclü idman ölkəsi kimi tanınır. Ölkəmizdə davamlı olaraq keçirilən nüfuzlu idman tədbirləri də bunu bir daha təsdiqləyir.
Ümumiyyətlə, qabaqcıl dövlətlər istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirirlər. Çünki bu sahədə əldə olunan nailiyyətlər həmişə bu və ya digər xalqın qürur mənbəyinə çevri¬lir, dünya ictimaiyyətində rəğbət do¬ğurur. Bu gün idman mühüm potensiala və imkanlara malik siyasi təsirin mühüm komponentlərindən biridir. Belə yarışlarda qalibin şərəfinə himn səsləndirildikdə və təmsil olunduğu dövlətin bayrağı qaldırılanda ölkənin nüfuzuna birbaşa təsir edir. 
Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında mühüm rol oynayır.
Əlbəttə, ölkəmizdə bir çox mötəbər idman tədbirlərinin keçirilməsi, dünya və Avropa çempionatlarında, Olimpi¬ya Oyunlarında yüksək nəticələrin qazanılması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmiz birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və bir çox digər beynəlxalq yarışlara ev sahibliyi edib.
Qürurla deyə bilərik ki, Azərbaycanın idman sahəsindəki uğurları beynəlxalq strukturlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün dövlətimiz üçün prioritet məsələ idmançılara qayğı göstərməklə yanaşı, onların sosi¬al şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İdmanla məşğul olmaq üçün lazımi şəraitin yaradılması məqsədilə dövlət vəsaiti hesabına respublikanın rayonların¬da onlarla müasir Olimpiya idman kompleksləri tikilib, Bakıda ən müasir idman infrastrukturu fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında idman, şübhəsiz ki, Azərbaycanda təbii milli qürur mənbəyinə çevrilib. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən idman strukturları – dövlət başçı¬sının rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər.
Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.
Azərbaycan prezidenti idmançılarla görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız XXXIII Paris Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb: "Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal".
Bir sözlə, idman təkcə daxili deyil, həm də dövlətin xarici siyasətinin ən mühüm tərkib hissəsidir. Bundan başqa, dövlətin beynəlxalq nüfuzunun idman vasitəsilə möhkəmləndirilməsində müəyyən bir ölkənin ərazisində keçirilən iri beynəlxalq yarışlar da xüsusi rol oynayır. Bu cür yarışlar dövlətə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə uğurları nümayiş etdirməyə, turistləri və ixtisaslı işçiləri cəlb etməyə imkan verir. Bütün bunlar, əlbəttə ki, dövlətin imicini yüksəldir, dünya ictimaiyyətinin gözündə daha cəlbedici və nüfuzlu edir. Bu mənada, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi həm ölkənin potensialından xəbər verir, həm də beynəlxalq federasiyaların ona inamını əks etdirir. Ölkəmizin dünya miqyasında tanınmasında, mövqelərinin möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində formalaşan idman siyasəti beynəlxalq aləmdə öz nəticələrini verir. 
Kamran Quliyev
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə sektor müdiri / azxeber.com

Sosial       Tarix: 15 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün cəbhədən son dəqiqə son xəbərlər azərbaycanda metbuat xeberleri