Ölkənin ən məşhur partiyası fəaliyyətini dayandırdı: 34 illik ASDP-nin SON BƏYANATI
Azərbaycanın ən məşhur və köklü partiyalarından biri olan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) öz fəaliyyətini dayandırıb. Bu barədə məlumat partiyanın bəyanatında öz əksini tapıb.
Qeyd edək ki, ASDP 1989-cu ildə Zərdüşt və Araz Əlizadələr, o cümlədən Leyla Yunus və daha bir neçə tanınmış sima tərəfindən qurulub. Araz Əlizadənin vəfatından sonra partiyanın fəaliyyəti faktiki olaraq yox idi.
KONKRET.az Musavat.com-a göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:
"Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) ötən dövr ərzində əhalinin sosial rifahını, həmçinin demokratik dəyərləri daim üstün tutub və Azərbaycan Respublikasının qanunları müəyyən etdiyi çərçivələrdə öz siyasi amallar uğrunda fəaliyyət göstərib.
1989-cu ildə yaradılmış ASDP daha sonra 1995-ci ildə rəsmi olaraq dövlət qeydiyyatından keçmişdir. Prinsipial mövqe və ölkə siyasiləri ilə əməkdaşlığa açıq olması ilə daim seçilmiş ASDP öz fəaliyyətində tərəfdarların və ölkənin milli maraqlarını müdafiə etmiş, habelə müxtəlif təşəbbüslərlə çıxış etmişdir.
Zəngin siyasi təcrübəyə malik olan ASDP müxtəlif səviyyəli seçkilərdə də fəal iştirak etmişdir. Belə ki, Partiyanın üzvləri 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak etmişdir. Partiyanın ilk həmsədri və sədri olmuş Araz Əlizadə müxtəlif illərdə millət vəkili seçilmişdir. O, eyni zamanda 2013-cü ildə və müvafiq olaraq 2018-ci ildə keçirilmiş prezident seçkilərində də namizəd olaraq seçki proseslərinə qoşulmuşdur.
Belə ki, sözün tam mənasında parlament partiyası hesab oluna biləcək ASDP müxtəlif illərdə ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinə də öz töhfəsini vermişdir.
Daim açıq mövqeyi ilə seçilən ASDP İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və müxtəlif məsələlərə həsr olunmuş siyasi partiyalarının birgə bəyanatlarına öz dəstək imzasını da atmışdır.
Tarixi torpaqlarımızın işğaldan azad olunması və unudulmaz Qələbə regionda yeni reallığın yaradılmasına səbəb olmuşdur. Qürurlu haldır ki, yeni reallığın müəllifi Azərbaycan xalqıdır. Yeni reallıq bütün sahələrdə aparılan islahatların daha da dərinləşməsi zərurətini müəyyən edir. Bu mənada ölkənin siyasi konfiqurasiyasının dəyişməsi də istisna deyil.
Siyasi münasibətlərin iştirakçıları qarşısında keyfiyyət etibarı ilə yeni peşəkar tələbləri müəyyən edən "Siyasi partiyalar haqqında" qəbul olunmuş yeni Qanun siyasi partiyaların nüfuz və əhəmiyyətinin artırılmasına xidmət edir.
Qeyd olunanları, habelə Partiya öz yaradıcısı və əsas ideoloqu hesab olunan liderini itirdiyi üçün ASDP-nin buraxılmasını bəyan edirik. ASDP-nin bütün üzvləri və tərəfdaşları indidən sonra da Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafı naminə öz bilik, potensial və səriştəni əsirgəməyəcəklər".
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir