Ölkəyə narkotik gətirənlər avtomobili hərbçilərin üstünə sürdü

Ölkəyə narkotik gətirənlər avtomobili hərbçilərin üstünə sürdüMayın 4-də 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Open.az-a verilən xəbərə görə, saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun-larının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə¬sində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlamış, ağacın altından bir neçə bağ¬ama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona "dayan" əmri vermişdir. Lakin həmin şəxs əmrə tabe olmamış, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürü-cüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək on-ların həyatına sui-qəsd etmiş və hadisə yerindən uzaqlaşmışdır. Sürü-cünün şəxsiyyəti müəyyənləşdirilmişdir, hazırda saxlanılması üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilmiş, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli "PAK RETAY-11" markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli "Kral maqnium" markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunmuşdur.
Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmışdır, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Hadisə       Tarix: 05 may 2020
f Paylaş

Oxşar xəbərlər

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər cəbhədən son durum dunya xeberleri sou biznes