Ölkəyə narkotik vasitənin keçrilməsinin qarşısı alındı

Ölkəyə narkotik vasitənin keçrilməsinin qarşısı alındıDövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə KONKRET.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açılıb.
Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilmiş, biri saxlanılmış, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İİR ərazisinə qaçmağa nail olub.
Əraziyə baxış keçirilərkən "Vinçester" tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.
Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ölkəyə narkotik vasitənin keçrilməsinin qarşısı alındıÖlkəyə narkotik vasitənin keçrilməsinin qarşısı alındıÖlkəyə narkotik vasitənin keçrilməsinin qarşısı alındı

Hadisə       Tarix: 12 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com