Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildiDİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən Open.az-a bildirilib ki, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.
Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı vəsatışı ilə məşğul olub.Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Biləsuvar rayonunun Çaylı kəndində yerləşən fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib.Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 ton mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb.Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.
Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Hadisə       Tarix: 06 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 sou xeberler bugun maşın realiti şou son xeberler bugun 2026 canli