Ölümündən qabaq bu sözləri deyirmiş

Ölümündən qabaq bu sözləri deyirmiş"Milli Onkologiya Mərkəzinin həyətinə təzə çatmışdım. Dostları da Natavanın yanından aşağı düşürdülər. Keçmiş ANS-çilər.  Ayaq saxladım. Belə vəziyyətdə yuxarı çıxmağa ayağım getmədi. Saatlarının qaldığını bilsəm də, möcüzə üçün dua edirdim, inanırdım. Qalxdıq yuxarı. Dəhlizdə bizə qarşı gələn qadın dedi ki, Natavan getdi".
azxeber.com xəbər verir ki, bu sözləri aparıcı Nigar Mahmudova ötən gün dünyasını dəyişən həmkarı Natavan Babayeva haqda paylaşımında yazıb. O bildirib ki, ötən gün bütün dostları xəstəxanaya onu görməyə yığışıb:
Nigar N.Babayeva dünyasını dəyişən zaman yanında həyat yoldaşı, qayınanası və bibiləri olub:
"Biz otağa girəndə artıq üzünü örtmüşdülər. Bir neçə dəqiqə çatmadım. Bibiləri, əri, qayınanasının əhatəsində idi. Sonra bacım, mükafatım dediyi, bütün bu dövrdə hər cür yanında olan Əfsanə Mehdiyeva gəldi. "Efirdəydim, niyə məni gözləmədin deyib" fəryad elədi. Üzünü açıb öpdü. Sonra oğlunu gətirdilər Natavanın. O, doqquzuncu sinifdə oxuyur. Natavan ona Dodi deyirdi. 
Özü də inanmırdı gedəcəyinə. Keçən dəfə pis olanda getmişdim yanına. Deyirdi mənə aeroportda dimedrol vurdular, ona görə pis oldum. Mən də dedim səni çox yaxşı gördüm. Həqiqətən də üzündə, baxışlarında halsızlıq, xəstəlik əlaməti yox idi. Öləcəyini bildiyim andan isə beynimdə fırlanan əsas fikir budur: Natavan çox yaxşı insandır. Natavan həqiqətən fitnə-fəsaddan uzaq idi, qeybət elədiyini heç eşitmədim. Çox yaxşı, vicdanlı insan idi. Peşəkar jurnalist idi. Efirdə suflyordaki mətni belə redaktə edərək, dəyişərək oxuyurdu bir də görürdün. Onun belə tez gedəcəyi heç birimizin ağlına gəlməzdi".
Həmkarı Natavanın son nəfəsində dediyi sözləri xatırlayaraq bunları deyib:
"Özü də ölümündən qabaq "Vay cavan canım" deyirmiş. Bir də tez-tez saatı soruşurmuş. Son dəfə saat 6-dır deyiblər. "Çox şükür" deyib və 7-yə çatmadı. Ard-arda itirdiyi ana-atasının yanına getdi. Yerin cənnət olsun, Natış, gözəl insan, deyib onu son mənzilinə yola saldıq. Ona sonuncu dəfə baxdıq. Beləcə, Natavanla vidalaşdıq bu gun bu fani dünyada".
Qeyd edək ki, Natavan Babayeva uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkib.

Sosial       Tarix: 21 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar cəbhədən yeni xəbərlər son xeberler bugun 2026 canli en son xeberler bu gun