"Omikron" ştamı "delta" variantından iki dəfə daha tez yayıla bilər
Koronavirusun "omikron" ştamı "delta" variantından iki dəfə daha tez yayıla bilər.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın Respublikasının "News24" xəbər portalı koronavirusun yayılması istiqamətində vəziyyətin modelləşdirilməsi ilə məşğul olan beynəlxalq alimlər qrupunun ilkin nəticələrinə istinadən məlumat yayıb.
London Universitetinin Gigiyena və Tropik Təbabət Məktəbindən Karl Pirsonun rəhbərlik etdiyi qrup Cənubi Afrika Respublikasının müxtəlif əyalətlərindən olan koronavirusa yoluxmuş xəstələrin müayinəsinin nəticələri əsasında riyazi model qurub. Nəticədə, yeni ştamın əvvəlkilərdən daha sürətlə insandan insana keçə biləcəyi barədə bundan əvvəl irəli sürülən fərziyyə təsdiqini tapıb. Eyni zamanda, "omikron" ştamının ondan əvvəlki növləri ilə müqayisədə xəstəliyin daha ağır gedişatına gətirib çıxardığı hələ aydın deyil.
Qrup dünya alimlərini yaxın aylarda koronavirusun "omikron" ştamına yoluxma hallarının ehtimal edilən artımına daha yaxşı hazırlaşmaq üçün əldə edilən informasiyadan istifadə etməyə çağırıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək