"Omikron" ştamında insan geni AŞKARLANDI

ABŞ-ın Kembric universitetindən olan (Massaçustes ştatı) virusoloqlar koronavirusun hazırda dünyanı lərzəyə salan "omikron" ştamında insan geni aşkar ediblər.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, araşdırmanın nəticələri "OSF Preprints" saytında dərc olunub, araşdırma qrupuna Venki Saundararacan rəhbərlik edib, məlumatların analizi ilə məşğul olan "Nference" şirkəti araşdırmaya dəstək verib.
Virusoloqlar müəyyən ediblər ki, "omikron" ştamı koronavirusun genetik kodunda və eyni zamanda insan genində yer alan və soyuqdəymə xəstəliyini yaradan mutasiyalardan birini əldə edib. Başqa sözlə, koronavirusun bu mutasiyası soyuqdəymə xəstəliyini yaradan digər respirator virusunun genetik materiallarının bir hissəsini özünə götürüb.
Alimlər müəyyən ediblər ki, bu cür genetik ardıcıllıq koronavirusun indiyədək rast gəlinən heç bir digər mutasiyasında aşkarlanmamışdı. Bu səbəbdən "omikron" həmin gen fraqmentini əldə edərək "daha insani xarakter alıb" və bu da yeni ştama insanın immun sisteminin hücumunu dəf etməyə imkan verir.
Amma alimlər hesab edirlər ki, insan geninin və soyuqdəymə virusunun geninin kodlarını özündə əks etdirən yeni ştam xəstəliyin ağır keçməsinə səbəb olmayacaq. Başqa sözlə, "omikron" ştamına yoluxanlarda xəstəlik yüngül və simptomsuz keçə bilər. Lakin alimlər yeni ştamın əvvəlkilərə nisbətən nə qədər çox sürətlə yayılacağı haqda suala cavab tapa bilməyiblər. Bu səbəbdən doktor Saundararacan xəstələnməmək üçün ən yaxşı yolun koronavirusa qarşı peyvənd vurdurmaqdan ibarət olduğunu bildirir.
Bu arada Dünya Səhiyyə Təşkilatının (DST) baş elmi rəsmisi də adamları koronavirusun "omikron" variantından qorxuya düşməməyə çağırıb. Sumya Svaminatan bunu da deyib ki, mövcud vaksinlərin "omikron"a görə modifikasiyasına ehtiyac ola biləcəyinə dair ehtimal yürütmək hələ çox tezdir. Xanım Svaminatan "Reuters" agentliyinə habelə deyib ki, "omikron"un dünya boyunca dominant ştam olub-olmayacağını da hələlik demək mümkün deyil.
"Omikron" variantı artıq Asiya, Afrika, Amerika qitələrində, Yaxın Şərq və Avropada qeydə alınıb. Svaminatan deyib ki, virusun bu variantına qarşı tədbirlər hələ müəyyənləşdirilməyib: "Çoxmu narahat olmalıyıq? Biz hazırlıqlı və ehtiyatlı olmalıyıq, panikaya düşməməliyik, çünki hər halda bir il əvvəlki vəziyyətdə deyilik. Bütün dünyadakı yoluxmaların 99 faizi Delta ştamı ilədir. Təzə variant daha yoluxucu olmalıdır ki, dominantlığı Deltadan ala bilsin. Bu mümkündür, amma proqnozlaşdırmaq mümkün deyil".
"Omikron" indiyədək 20-dən çox ölkədə qeydə alınıb, amma Delta hələ ki, əsas ştam olaraq qalır. Svaminatan deyib: "Gözləməliyik. Ümid edək ki, təzə variant daha yumşaq olsun…Lakin bu ştam haqqında bütövlükdə fikir söyləmək hələ çox tezdir".

Dünya       Tarix: 06 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber xeberler bugun 2026 sou xeberler bugun cəbhədən son görüntülər