"Onlar fərqlidir və xüsusi özəlliklərə sahibdirlər" - Aynur Musayeva

Onlar fərqlidir və xüsusi özəlliklərə sahibdirlər. Hər il dekabrın 3-də bütün dünyada Beynəlxalq Əlillər Günü qeyd olunur.Bununla bağlı 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.Məqsəd geniş ictimaiyyətin diqqətini sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının qorunmasına və onların problemlərinə yönəltməkdir.Statistika göstərir ki, dünya əhalisinin təxminən 1 milyardı, yəni 15 faizi əlilliyi olan insanlardır.Dünyada 100 milyondan çox əlil uşaq var.466 milyon eşitmə əngəli olan insanın 34 milyonu 15 yaşdan aşağı olan uşaqlardır.BMT əngəlli olan insanın tərifini belə verir: "Əlilliyi olan insan şəxsi və ictimai həyatda öz işlərini fiziki və ya ruhi cəhətdən, anadan gəlmə və ya sonradan meydana gələn hər hansı xətadan qaynaqlanaraq görə bilməyən şəxsdir". Təəssüf ki, dünyada sağlamlıq imkanları məhdud insanların sayı getdikcə artmaqdadır.
Bunu "Yeni Gundem"– ə açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, diabet, ürək və damar xəstəlikləri, xərçəng, əqli sağlamlığını itirmiş və bəzi xroniki problemlərin qlobal miqyasda çoxalması əngəlli insanların sayını artırır.Hazırda dünyada əlilliyi olan insanlar cəmiyyətin bir çox sahələrinə daxil olmaq üçün bir çox maneələrlə üzləşirlər.Nəticədə, xüsusi özəlliyə sahib olan bu insanlar başqaları ilə bərabər şəkildə cəmiyyətə çıxış imkanından istifadə edə bilmirlər ki, buraya nəqliyyat, məşğulluq, təhsil sahələri, eləcə də ictimai iştirakçılıq daxildir.Bu gün əlillərin digər şəxslər kimi cəmiyyətdə tam hüquqlu üzv kimi yaşamaq və sosial iştirakçılıq hüquqlarının təmin olunması qlobal problem olaraq qalmaqdadır.
Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 mindən çoxdur. 2006-cı ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə, avtomobillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiyası üçün addımlar atılır.Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlıqlarını qurban verən Qarabağ Qazilərinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqətdə saxlanılır.Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud insanlara xüsisi qayğı göstərir.Ölkədə əlillərin bərpa mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri tikilib istifadəyə verilib. Əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb.Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasına yönələn xeyirxah aksiyalara, həmin insanların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, onlarda özünə inam hissinin yüksəlməsinə xidmət edən layihələr keçirilir.Əlilliyi olan uşaqlar üçün inklüziv təhsil imkanları ildən-ilə genişlənməkdədir. Bütün bunlar göstərir ki, sağlamlıq imkanları məhdud uşaqların istedadının, potensialının üzə çıxması üçün ailələrlə yanaşı, dövlət dəstəyi olduqca vacibdir.Həmin uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, qayğısına qaldıqda onlar daha böyük nailiyyətlər əldə edə bilirlər. Eyni zamanda bu gün fiziki imkanları məhdud şəxlərin həm şəhərdə, həm də ictimai nəqliyyat və binalarda sərbəst hərəkətinin təmin olunması üçün şəraitin genişləndirilməsinə ehtiyac var. Şəhərdə yerüstü keçidlərdə, metroda, ictimai binalarda daha çox pandusların quraşdırılması vacibdir.Əlilliyi olan şəxslərin işlə təmin olunması, onlara peşə biliklərinin aşılanması üçün səylər gücləndirilməlidir.
Sağlamlıq imkanları məhdud olan insanların məşğulluğuna və sahibkarlığa çıxışına dəstək artırılmalı, onların kiçik biznes qurmaq üçün özünü məşğulluq proqramına cəlb olunması halları artırılmalıdır.Bir sözlə, əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilməli, bu istiqamətdə innovasiyaların tətbiqinə geniş yer verilməlidir. / azxeber.com

Sosial       Tarix: 04 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən şad xəbər valyuta mezennesi 2026 sosial yardim