"Onlar maraqlarımıza zərbə vurmaq üçün məqam gözləyirlər" - Politoloqdan açıqlama

Laçın sərhəd-keçid məntəqəsində baş verən hadisələr göstərir ki, beynəlxalq təşkilatlar regionda onlara aid olmayan işlərə əl atırlar. Sözdə bir, əməldə ayrı cür davranan həmin qurumlar imkan düşən kimi təxribatlara törətməkdən də çəkinmirlər. Daim erməniləri dəstəkləyən bu təşkilatlar öz missiyalarını yerinə yetirmək əvəzinə çirkin işlərə də cəlb edilirlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan bürosuna məxsus avtomobillərdə müəyyən edilən qaçaqmalçılıq halları onların hansı mövqe tutduğunu bir daha nümayiş etdirir.
Politoloq Fikrət Sadıqov KONKRET.az-a açıqlamasında bildirib ki, bu beynəlxalq təşkilat Ermənistanın yanında yer alır:
"Beynəlxalq Qızıl Xaç Komitəsinin bu davranışı Azərbaycana qarşı saymazlıqdır. Hansısa erməniyə avtobuslar verib, onlara etibat edərək bizə qarşı zərbə vururlar. Bilmirlər ki, biz müharibə vəziyyətindəyik?Ermənistanla olan münasibətlərimizdən xəbərləri yoxdur?Düzdür, bundan sonra onlar təəssüf hissi keçirdiklərini bildirdilər. Amma onların bu təəssüfü "toydan sonra nağara" məsələsinə oxşayır. Bu özü o deməkdir ki, bunlar biganəlik nümayiş etdirir, müəyyən mənada yenə ermənilərin tərəfindədir, onların maraqlarını müdafiə edir, onlara şərait yaradırlar. Biz buna öz adekvat cavabımızı vermişik və bütün hallarda belə bir cavablar veriləcək.
Əlbəttə, Qarabağ Azərbaycan ərazisidir. Onların istifadə etdiyi yollar Azərbaycana məxsusdur. Azərbaycanın Bakıdakı nümayəndəliyindən istifadə etmək qərarı tamamilə düzgündür. Bütün bunlar bir mərkəzdən idarə olunsun, fəaliyyətlərini bir mərkəzdən idarə etsinlər. Biz bu məsələdə prinsipial mövqe nümayiş etdirməliyik. Çünki onlar sanki imkan axtarır ki, bizim maraqlarımıza zərbə vursunlar. Biz buna imkan vermərik. Belə bir ofisin burada olması müəyyən dərəcədə onların fəaliyyətinə nəzarəti gücləndirəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler cəbhədən görüntüleri son xeberler azerbaycan son xəbərlər