Onların qanunsuz, fırıldaqçı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz" - Deputat sərt danışdı

Onların qanunsuz, fırıldaqçı hərəkətlərinə heç cür haqq qazandırmaq olmazXəbər verdiyimiz kimi, Azərbaycan Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışıb. Ölkə başçsı Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi Gədəbəydə baş verən hadisələrə görə sərt tənqid edib. Prezident bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. Eyni zamanda İlham Əliyev qeyd edib ki, Azərbaycan polisinə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil.
Bununla bağlı Milli Məclisin deputatı Razi Nurullayev azxeber.com-a açıqlama verib.
O bildirib ki, ölkə başçısının Gədəbəy hadisələri ilə bağlı səsləndirdiyi fikirlər hər kəsin ürəyincə oldu:
"Hər kəs qəlbində düşünürdü ki, Cənab Prezident onlar kimi fikirləşir. İnsanlar haqlarını tələb edirdilər. Ancaq zamanında onların səsi eşidilməmişdi. Gədəbəy hadisələrinin başladığı zaman da buna bənzər açıqlamalar verdim. İnsanların səsinə, qayğılarına laqeyd yanaşıldığını dedim. Ölkə başçısı da xalqın ürəyindən keçənləri dedi. Bununla bərabər təxribat törətmək, xaos yaratmaq istəyənləri qınadı. Mən də onun bu fikrinə qoşuluram. Sanki bu ölkədə növbədə dayanıb gözləyirlər ki, bir hadisə baş versin, onu dövlətin əleyhinə istifadə edə bilsinlər. Bu insanları qınamaq lazımdır. Onların bu hərəkətləri cinayət elementləri daşıyır".
Razi Nurullayevin sözlərinə görə bir çox dövlət orqanlarında insanların qayğılarına problemlərinə laqeyd yanaşılır:
"Onlar niyə insanlarla bu cür davranır? Niyə insanların səsini zamanında eşitmək istəmir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi normal işləyən qurumlardan biri kimi tanımışam. Cənab nazir Muxtar Babayevi də çox mədəni, işini bilən biri kimi tanıyıram. Amma nazirliyin müxtəlif agentliklərində doğurdan da işləri bərbad edən, şəxsi maraqlar güdən insanlar var. Mən bir çox problemləri orda olan rəsmi şəxslərə çatdırmışam. Çünki onlar çox ciddi qanunsuzluqla məşğuldurlar. Onların qanunsuz, fırıldaqçı hərəkətlərinə heç cür qazandırmaq olmaz".
Deputat hesab edir ki, ola bilsin, Gədəbəy hadisələrində Ekologiya Nazirliyinin arxayınlığı bunda olub ki, xarici şirkət həmişə ekoloji problemlərə daha həssas olur:
"Onlar müxtəlif texniki əsaslandırmalar həyata keçirməli, insanların səsini zamanında eşitməli idilər. Ekologiya Nazirliyinin burada səhlənkarlığı olub. Cənab Prezident də çıxışında bunları nəzərə çatdırıb".
Şəbnəm Zahir

Sosial       Tarix: 12 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler cəbhədən son durum xəbərlər.com