Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda rüsvayçı fakt ÜZƏ ÇIXDI - FOTO
Ermənistanda 44 günlük Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərinin kisələrə doldurulmuş qalıqlarının Abovyan şəhərindəki xəstəxana morqunun zirzəmisində necə gəldi atılmasını əks etdirən fotoların yayılması seçki ərəfəsində böyük qalmaqala səbəb olub. Səhiyyə Nazirliyi bu rüsvayçı fakta izahat tapa bilməyib və araşdırma başladıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, fotolara əsasən əsgər meyitlərinin qalıqlarının doldurulduğu çoxsaylı politelen kisələr morqun zirzəmisində necə gəldi döşəməyə atılıb, üst-üstə qalaqlanıb. Həmin fotoların nə zaman çəkildiyi məlum deyil, amma seçki kampaniyasının qızğın vaxtında yayılması sosial şəbəkələrdə Paşinyan hökumətinə qarşı qəzəb və hiddət doğurub.
Bu fotoların yayılmasından əvvəl itkin düşmüş bir qrup erməni hərbçilərinin yaxınları Yerevanda yolu bağlayaraq etiraz aksiyası keçirmişdi. Onlar bildirirdilər ki, hakimiyyət itkilərlə bağlı səs-küy yaranmasın deyə ölən hərbçilərin meyitlərini uzun müddət soyuducularda saxlayıb. Etirazçılardan biri deyib ki, 200-dən çox cəsəd uzun müddət müxtəlif yerlərdə soyuducularda, o cümlədən meyvə saxlamaq üçün nəzərdə tutulan soyuducularda saxlanılıb. Toplaşanlar deyiblər ki, hakimiyyət itkilərin real sayını hələ də açıqlamır.
Ermənistanda əsgərlərin meyitlərinin "Spayka" şirkətinə məxsus soyuducu TIR-larda saxlanılması faktı daha əvvəldən məlum idi, hakimiyyət isə bildirirdi ki, meyitlərin qalıqları ekspertizadan keçdikdə yaxınlarına təhvil verilir. Lakin hələ də 1500-ə yaxın erməni hərbçisi itkin hesab olunur. Ermənistan tərəfi isə beynəlxalq humanitar təşkilatlar vasitəsilə hay-küy qaldıraraq Azərbaycanı əsirlərin sayını gizlətməkdə, guya hələ də yüzlərlə əsir saxlamaqda günahlandırırdı. İndi isə məlum olur ki, əslində ölən əsgərlərin bir qisminin meyitlərini elə Ermənistanın özündə gizlədirlər, hansısa zirzəmilərdə, kisələrə doldurulmuş halda. Başqa sözlə, öz ordusunun müharibədə ölən əsgərlərinə qarşı adi insani normalara əməl etməyən ölkə Azərbaycanı humanitar normaları pozmaqda günahlandırmaq heç bir əxlaqa sığmır... / Virtualaz.org
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək