"Onu tapmaq üçün arvadı ilə münasibət qurdum" - Film kimi hadisə

2020-ci ilin avqust 28-də Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində törədilmiş qəsdən adam öldürməyə cəhd hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
azxeber.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Taleh Əzizovun (ad və soyadlar şərtidir) keçmiş iş ortağı və dostu olan Azər Abbasovu qısqanclıq zəminində öldürməyə cəhd etməsi və hadisədən sonra gizli yollarla İrana keçməsi məlum olub.
Araşdırmalar zamanı üzə çıxıb ki, Taleh və Azər dost olublar və birgə ev tikintisi biznesi qurublar. Onlar müxtəlif yerlərdə fərdi yaşayış evləri tikərək satıblar. Bu müddət ərzində Talehin Azərə xeyli miqdarda borcu yaranıb və onların münasibəti pozulub. Həmçinin Taleh yaşadığı mənzili dəyişdiyindən Azər onu tapmaqda çətinlik çəkib. Bundan sonra Azər Talehin həyat yoldaşının telefonuna yazmağa başlayıb və onların arasında sevgi münasibəti yaranıb.
Məhkəmədə ifadə verən Azər Abbasov Talehin həyat yoldaşına onun yerini müəyyən etmək məqsədilə yazdığını deyib: "Talehi 2018-ci ildən tanıyıram. İşimizlə bağlı bir-birimizə borcumuz olub. 2019-cu ilin əvvəllərində borc məsələsinə görə münaqişəmiz oldu və onunla iş münasibətini sonlandırdım. Mənə 52 min manat borcu yaranmışdı. Mən Talehdən borcu tələb etdikdə gizlənməyə və zənglərimə cavab verməməyə başladı. Bundan sonra Talehin yaşadığı evi tapdım və onun evinə gedib gözlədim. Evin önündə onu gözlədim və Taleh evdən çıxanda ona yaxınlaşdım. Birlikdə çayxanaya gedib bu barədə söhbət etdik, söz verdi ki, borcunu ödəyəcək. Lakin yenə borcu ödəməmək üçün gizlənməyə başladı. Bu müddət ərzində isə o, həyat yoldaşının nömrəsi ilə mənimlə əlaqə saxlayırdı. Bu nömrə Talehlə əlaqə saxlaya biləcəyim yeganə nömrə olduğuna görə hər dəfə bu nömrəyə yazırdım. Onun həyat yoldaşı ilə yazışdıqca aramızda münasibət yarandı. Daha sonra Taleh bizim münasibətimizdən xəbər tutub bunu başqa mənada qəbul etdi. Hadisənin baş verdiyi gün isə Talehin atası Nərimanov rayon Polis İdarəsində guya mənim saxta sənədlə onlara ev satmağım barədə şikayət etmişdi. Bunu bildikdən sonra Talehə zəng edib ondan şikayətini geri çəkməsini tələb etdim. Lakin daha sonra telefonu götürmədi, deyə onun evinə getdim. Evə çatdıqda onun həyat yoldaşı qapının arxasından Talehin evdə olmadığını dedi. Evdən aralanıb maşına tərəf gedəndə arxadan Taleh gəlib bıçaqla zərbələr endirdi".
Ətraflı
Ads by
3
Reklamınızı SmartBee ilə effektiv edin.
Taleh Əzizov məhkəmədə bildirib ki, həyat yoldaşı ilə Azər arasında münasibətdən şübhələndikdən sonra qadının telefonuna proqram yükləyib və onların arasında sevgi münasibətinin olduğunu görüb. O, öz evinin yanında pusqu quraraq Azərin onun evinə gəlməsini gözləyib və şərait yaranan kimi onu qətlə yetirməyi planlaşdırıb.
Talehin həyat yoldaşı da Azərlə arasında sevgi münasibətinin yarandığını etiraf edib. O, hadisədən sonra Talehin də onu öldürəcəyindən qorxduğu üçün bir neçə gün müxtəlif ünvanlarda qaçıb gizləndiyini bildirib.
Hadisədən sonra Taleh Əzizov Azərbaycanı gizli yolla tərk edib. İran sərhədçiləri onu yaxalayıb və 5 aya yaxın İranda həbsxanada qalan təqsirləndirilən şəxs daha sonra Azərbaycana təhvil verilib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda T.Əzizov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirli bilinib. Ona 7 il 10 ay 15 gün müddətinə həbs cəzası verilib.

Sosial       Tarix: 26 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun cəbhədən ən son xəbərlər bu gunun xeberleri sonxeber.az