Ordu hazır vəziyyətə gətirildi: Rusiya hərəkətə keçir?

Ordu hazır vəziyyətə gətirildi: Rusiya hərəkətə keçir?Türk siyasi ekspert Taha Dağlı bildirib ki, Rusiya ordusunun mümkün hücum həmləsində ilk hədəfi Ukraynanın Mariupol şəhəri olacaq.
Publika.az xəbər verir ki, Dağlı təhlil yazısında Rusiyanın nəzarəti altında olan iki bölgə arasında qalan Mariupolun 2014-cü ildə Rusiya üçün yarımçıq bir əməliyyat olduğunu qeyd edib.
Taha Dağlının yazısını təqdim edirik:
Qara dənizdə müharibə zilləri çalınır. Ukrayna Müdafiə Nazirliyi və kəşfiyyatı Rusiyanın işğala hazırlaşdığı barədə xəbərdarlıq edib. Meydandakı mənzərə də müharibəyə hazırlıqdan xəbər verir.
On minlərlə rus əsgəri Ukrayna sərhədində düzülüb. Bu rəqəmin 175 minə çatdığı iddia edilir.
Təhlükəsizlik ekspertləri Rusiyanın aylardır davam edən hərbi güclənməsinin nəticəsinin onun qismən münaqişə və işğala çevriləcəyinin göstəricisi olduğunu vurğulayırlar. Genişmiqyaslı müharibə əvəzinə, nöqtə atışı ilə qismən işğalın olacağı təhlil edilir.
Rusiya Mariupola göz dikdi
Bəs Rusiyanın hücum planında nə var?
Moskva Krım yarımadası ilə Rusiya arasında yerləşən Mariupol şəhərini işğal edə bilər. Bu, ruslar üçün prioritetdir. Rusiya 2014-cü ildə Ukraynada Qərbin dəstəklədiyi administrasiya dəyişikliyindən sonra Krımı və Donetski ələ keçirib, daha sonra Krımı ilhaq edib və onu öz xəritəsi ilə birləşdirib.
Ruslar o vaxt başqa yer tutmaq istəyirdilər. Bu, Mariupol şəhəri idi. Çünki Krımı alıb, oranı almamaq olmazdı. Rusiyadan Krım yarımadasına quru əlaqəsi Mariupol şəhərindən keçirdi. Lakin bu, olmadı. Mariupol o zaman işğal oluna bilməzdi.
Bunun üzərinə Rusiya Kerç boğazı üzərində körpü tikərək Krımla əlaqəni təmin etdi.
Ordu hazır vəziyyətə gətirildi: Rusiya hərəkətə keçir?Yarımçıq qalan əməliyyat
Krımın və Kerç boğazının şimalında Mariupol şəhəri yerləşir. Mariupolun şimalında Donestk və Luqansk var. Mariupol Rusiya tərəfindən işğal edilmiş iki rayon arasında şəhərdir. Rusiya üçün bu, 2014-cü ildə yarımçıq qalmış əməliyyatdır. Bu gün iddia olunur ki, ruslar həmin yarımçıq əməliyyatı başa çatdırmaq üçün Mariupola soxulmağa hazırlaşır. Sahədəki hərbi sıxlığın və batalyonların taktiki formalaşdırılmasının hədəfində Mariupol olduğu bildirilir.
Təxmin edilən tarix - yanvarın sonu və ya fevralın əvvəli
Rusiya Ukrayna sahəsində genişmiqyaslı müharibə əvəzinə, qismən işğal planına diqqət yetirir. Genişmiqyaslı müharibəyə girməyin bədəli hər iki tərəf üçün ağır olacaq. Bu səbəbdən Rusiya 2014-cü ildə olduğu kimi, Mariupolu hədəf almağı məqsədəuyğun hesab edir.
Sahədəki güc nisbətlərinə baxanda rusların buna nail olmaqda əzmkar olduqları müşahidə edilir. Belə bir işğal üçün gözlənilən tarix yanvarın sonu və ya fevralın əvvəlidir.
Ordu hazır vəziyyətə gətirildi: Rusiya hərəkətə keçir?Aİ və ABŞ-dan silahlara qarşılıq diplomatik həll axtarışı
Bəs Rusiya bunu etsə, nə olacaq? Rusiya NATO-ya qarşıdır. Bununla belə, Qərbdən gələn ritorika Rusiya üçün çəkindirici deyil. NATO, ABŞ və Aİ-nin bəyanatlarında həmişə eyni mesaj var - Ukraynaya qarşı təcavüz ağır qiymətə malik olacaq.
Bəs o qiymət nədir və nə qədər bahadır? Bu vəziyyət Rusiyanın iştahını oyadır.
Qərb Rusiyanı çəkindirmək üçün nə edə bilər? İndiyə qədər istifadə etdikləri ritorika sanksiyadır. Amma meydanda reallıq başqadır. Rusiya silahını çəkib və hərbi addıma hazırlaşır.
Digər tərəfdən, Qərb Rusiyanı sanksiyalarla qorxutmağa çalışır. Başqa sözlə, silahla bağlı diplomatik həll axtarışları var. Rusiya bundan qorxmur. Qərb isə başqa bir arqument irəli sürməkdə son dərəcə ehtiyatlı davranır.
Yalnız Böyük Britaniya sərt mesaj verir
ABŞ və Aİ Rusiyaya qarşı qoyacaq hərbi gücü özlərində görmürlər. Burada Böyük Britaniya bir az daha azaddır. Bu o deməkdir ki, Britaniya Rusiyaya qarşı digərlərindən daha sərt mövqe tuta bilər.
Moskvanı Ukraynadan uzaq tutmağın yeganə yolunun hərbi təhdid olduğunu başa düşən güc İngiltərə kimi görünür və ona uyğun mövqe tutmağa çalışır. Rusiya isə genişmiqyaslı müharibə aparmaq və bütün ildırımları üzərinə çəkmək əvəzinə, Mariupolu alıb Ukrayna ilə sərhəd təhlükəsizliyini tamamlamağı hədəfləyir. Bu yolla şərq bölgəsini tamamilə ələ keçirmiş bir ölkə kimi Ukraynanın NATO üzvlüyündən qaynaqlanan təhdidlərinin qarşısını almağa üstünlük verir.
Akqabay

Dünya       Tarix: 06 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun en yeni xeberler ən son xəbərlər bugün cəbhədən ən son xəbər