Orqanizmdə D vitamini çatışmazlığını hansı qidalar vasitəsilə aradan qaldırmaq olar? – SİYAHI
Orqanizmdə D vitamini çatışmazlığını hansı qidalar vasitəsilə aradan qaldırmaq olar? – SİYAHI
Koronavirus pandemiyasının yayılması ilə bird aha aktuallaşan orqanizmdə D vitamini çatışmazlığının aradan qaldırılması ilə bağlı müxtəlif tövsiyələr səsləndirilir.
Belə tövsiyələrdən birini də rusiyalı diyetoloq Yelena Voskresenskaya səsləndirib.
O, orqanizmdə D vitamini çatışmazlığını dərmansız necə aradan qaldırılacağını bildirib.
Diyetoloq tərkibində bu vitaminin yüksək olduğu bir sıra qidaları sadalayıb.
Mütəxəssisin sözlərinə görə, D vitamini orqanizmin qidadan kalsium və fosforu mənimsəməsinə kömək edən çox vacib maddədir. Bu mikroelement xərçəng, sümük yumşalması və osteoporozun qarşısını alır. O, həmçinin sinir və immun sistemini dəstəkləyir və insulin səviyyəsini tənzimləyir.
Voskresenskaya qeyd edib ki, bu vitaminin 90%-i orqanizmdə ultrabənövşəyi şüalardan əmələ gəlir. Ancaq bəzi bölgələrdə yay kifayət qədər qısa olduğu üçün D vitaminini qidadan almaq lazımdır.
D vitamini əsasən yağlı balıqlarda, həmçinin qırmızı və qara kürüdə çox zəngindir. Tərkibində D vitamininin çox olduğu qidalara yabanı qızılbalıq, xum qızılbalığı, çəhrayı qızılbalıq, skumbriya, sardinya və siyənək də daxildir.
Qeyd edək ki, D vitamini təkcə dəniz məhsullarında zəngin olmur. Bir sıra "az büdcəli" qidalarda da ona çox rast gəlinir.
"Günəşdən qidalanan meşə göbələklərində də D vitamini tapmaq olar. Amma supermarketdə satılan göbələklərdə, təəssüf ki bu vitamin demək olar ki, yoxdur. Yumurta, mal və donuz əti, kərə yağı, keçi südü, kəsmik və pendir də D vitamini var", - deyə diyetoloq bildirib.
Mənbə: RİA /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız