Orqanizmin içkidən çökdüyünü göstərən 5 əlamət - İçkini tərgitmək vaxtıdır

Orqanizmin içkidən çökdüyünü göstərən 5 əlamət - İçkini tərgitmək vaxtıdırBu simptomlar təkcə hər gün spirtli içki qəbul edənlərdə yox, ayda bir neçə dəfə içənlərdə də ola bilər. Hər şey orqanizmin içkinin zərərinə nə qədər tez ram olacağından və dözümündən, rezervindən asılıdır.
Milli.Az bildirir ki, medicina.az artıq alkoqoldan imtina etməyin vaxtını göstərən 5 siqnalı araşdırıb.
Özünüzü test edin:
- Ağızda quruluq, acılıq,zəhər tamı
Bu simptom içki qəbul edənlərdə qaraciyər və öd axarlarında tıxanma, problemlərin yarandığını göstərir. Eləcə də mədəaltı vəzin çökməsinə işarədir.
- Çox içəndən sonra ürəkbulanmasının olmaması
Bu əslində sağlam orqanizmin artıq içkiyə və toksinləşməyə verdiyi reaksiyadır. Bu yolla bədən etanoldan azad olmaq istəyir. Lakin müntəzəm içki içənlərdə bir neçə il sonra ürəkbulanma olmur, bu kişiləri sevindirir. Əslində isə bu ciddi siqnaldır, orqanizmin müdafiə sistemi çöküb.
Siz etanolla, keyfiyyətsiz içkidən zəhərlənəndə qusma refleksi işə düşməyəcək və ölə bilərsiz.
- Mədə -bağırsaqlarda problem
İçki mədə və bağırsaqların işini, selikli qişasını tam pozur. Mikroflora dağılır, qarında köp, küy, diareya, qəbizlik yaranır. Gecə sansı, kolitlər olur.
- Yaddaş pozulması
Gecə içəndən sonra səhər dünən baş verənləri və nə dediyini xatırlamamaq artıq alkoqol asılılığının əlamətidir.
Bu simptom beyinin böyük bir sahəsində hüceyrələrin dağılmağa doğru getdiyini göstərir.
- Qızaran üz, saralan dırnaqlar
Dırnaq sədəfinin saralması qaraciyərdə, göyərib, bənövşəyi rəng alması isə ürək damarda problemlərin başlandığını göstərir. Çox içki içənlərdə dırnaqda bu əlamətlər olur və yaranarsa, dərhal içkini tərgitmək lazımdır.
İçkidən sonra üzün çox qızarması artıq içkiyə qarşı allergiyanın olmasını göstərir.
Həmin içkini və ya ümumiyyətlə alkoqolu bədən qəbul etmək istəmir. Amma daha çox hallarda bu qızarma arterial hipertenziya, təzyiq problemini göstərir.
Bu halda içkiyə davam, insult, infarktla yekunlaşa bilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 09 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri cəbhədən son xəbər sonxeber.az xeberler bugun 2026