"Örüş torpaqları tələbatı ödəmir"
" class="imgbcode" />"Bələdiyyələrin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində ümumi istifadə üçün örüş torpaqları ötən müddət ərzində əhalinin, eləcə də onların mal-qarasının sayının artması ilə əlaqədar hazırda tələbatı ödəmir".
KONKRET.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.
Məruzədə qeyd edilib ki, digər tərəfdən bələdiyyələrin fəaliyyətə başladığı ilk illərdə ümumi istifadə üçün örüş sahələrinin ölçüləri, sərhədləri və koordinatlarının dəqiq müəyyənləşdirilməməsi bələdiyyələrin ehtiyat fondunun örüş torpaqlarının icarəyə verilməsi zamanı ümumi istifadə üçün ayrılmış örüş sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaqda çətinliklər yaradır.
O da vurğulanıb ki, həmçinin bəzi bələdiyyələrin ərazisində bu məqsəd üçün nəzərdə tutulan örüş sahələrinin yaşayış məntəqəsindən çox uzaqda yerləşməsi ondan istifadəni mümkünsüz edir:
"Yerli əhalinin mövcud və perspektiv tələbatı nəzərə alınaraq ümumi istifadə üçün örüş sahələrinin ayrılması məsələsinə yenidən baxılması barədə" tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilib. Yerli əhalinin hazırkı və yaxın gələcək üçün tələbatı nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə dəqiq yerquruluşu və kadastr sənədləri hazırlanaraq ümumi istifadə üçün örüş sahələrinin yaşayış məntəqələrinə maksimum yaxın ərazilərdə ayrılması məsələsinə yenidən baxılması tövsiyə olunub".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR