"Oryol i Reşka"nın aparıcısı oğlu ilə iki həftəlik əsarətin dəhşətlərindən danışdı - VİDEO

"Oryol i Reşka"nın aparıcısı oğlu ilə iki həftəlik əsarətin dəhşətlərindən danışdı - VİDEO
"Oryol i Reşka" proqramının aparıcısı Yevgeniy Sinelnikovla nəhayət əlaqə yaratmaq mümkün olub. O və doqquz yaşlı oğlu təqribən iki həftə Buça şəhərində rusiyalı hərbçilərin əsarətində olublar.
Ukraynalı trevel-bloqer yaşadığı dəhşətli anları göz yaşları içində danışıb, sonra isə Rusiya auditoriyasına müraciət edib.

Sinelnikov bildirib ki, o, azyaşlı oğlu ilə birlikdə şəhəri sağ-salamat tərk edə bilib.
"Salam, biz sağıq, hər şey yaxşıdır... belə demək mümkünsə... Biz çıxa bildik. Bu iki həftə - əsl cəhənnəm idi. Aviasiya, Kadırovçular, artilleriya... Evində düşmənlə üz-üzə görüşmək…", – deyə jurnalist hisslərini bölüşüb.
Bloqer "azad edənlərin" şəhərə daxil olmasından sonra yaranan mənzərədən şoka düşdüyünü deyib.
"Hamınız mənim ölkəmizi nə qədər çox sevdiyimi bilirsiniz, çoxlu səyahət edirdim. Həmişə səyahət edəndə övladıma deyirdim: oğlum, ora bax, bura bax - bu gözəldir, o qəşəngdir. Bu dəfə ilk dəfə olaraq Qostomel və Buçadan keçən "yaşıl dəhliz"lə gedirdik və mən deyirdim: oğlum, gözlərini yum... Bu, hətta yetkin psixika üçün çox çətindir: yanmış hündürmərtəbəli binalar, hər şey dağılıb... Yerdə cəsədlər...", – deyə Sinelnikov göz yaşlarını saxlaya bilməyib.
Eyni zamanda o, ukraynalıların birliyinə heyran olduğunu vurğulayıb.
"Onlar bir-birlərini necə dəstəkləyirlər, isti yeməklərini bölüşürlər... bir-birlərinə psixoloji təsəlli verirlər. Məhz bunun sayəsində biz qalib gələcəyik. Onlar Ukrayna ilə müharibədədirlər, ukraynalılar isə qalib gələcək", - deyə bloqer vurğulayıb.
Sinelnikov həmçinin rusiyalı tamaşaçılara rus dilində müraciət edib.
"Mən rus dilində danışacağam ki, burada başa düşsünlər. Yaxşı, ruslar, siz artıq başa düşməyə başlayırsınız ki, Ukrayna və Rusiya bir ölkə deyil, ruslar və ukraynalılar bir xalq deyil?! Çünki ukraynalılar azaddırlar. Biz himnimizdə oxuyuruq: "Azadlığımız üçün canımızı da, ruhumuzu da qurban verəcəyik". Siz isə qulsunuz. Əvvəllər heç olmasa köləliyiniz üçün yaxşı pul alırdınız, indi maşınlar tükənəcək, pul da tükənəcək. Siz qul olaraq qalacaqsınız, biz isə qalxacağıq. Ukrayna qalib gələcək", - deyə Sinelnikov vurğulayıb.
Mənbə: UNİAN /oxu.az

Maraqlı       Tarix: 11 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az sonxabar bugünkü son xəbərlər valyuta mezennesi banklar