Ötən gün yol qəzalarında 8 nəfər ölüb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 21 cinayətin üstü "isti izlər"lə açılıb.
Open.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə, 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb. /open.az

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏR
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü
Məşhur müğənni 7-ci dəfə evləndi