Oxçuçaya zəhər axıdan kombinata polis basqını - SƏBƏB
Bu gün səhər saatlarından etibarən Ermənistan hüquq-mühafizə orqanları Qacaran meri Manvel Parmazyanın evində və Zəngəzur Mis Molibden Kombinatında axtarışlara başlayıb. Erməni KİV-ləri xəbər verir ki, bu haqda vəkil Robert Ayrapetyan özünün Facebook səhifəsində bildirib. "Şou davam edir",-vəkil yazıb
Manvel Parmazyan Ermənistandakı seçki kampaniyası zamanı keçmiş prezident Robert Köçəryanın "Ermənistan" blokuna dəstək verib. Zəngəzur Mis-Molibden Kombinatına gəldikdə isə onun səhmdarlarından biri Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyandır. O da "Ermənistan" blokundan parlamentə namizədlər siyahısında idi.
Baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı Sünikdə çıxış edərkən dəfələrlə həmin kombinatın adını çəkmişdi. Şirkətin rəhbərliyini əməkdaşların siyasi baxışlarına təsir göstərməkdə, müxalifətin mitinqlərinə getməyə məcbur etməkdə və onun seçki mitinqlərinə getməyi qadağan etməkdə günahlandırmışdı.
Azərbaycanda isə Zəngəzur Mis-Molibden Kombinatının adı Zəngilan ərazisindən axan və Araz çayına birləşən Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsi qalmaqalına görə gündəmdədir. Bu kombinatın əsas səhmdarı əvvəllər Almaniyanın "CRONİMET Holding" şirkəti olub. Almaniyanın Bakıdakı səfirliyinin bildirdiyinə görə, şirkət 2019-cu ildə səhmləri başqa investora satıb. (virtualaz.org) /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək