Oyuna gedən komanda Ağsu aşırımında qaldı
Futbol üzrə II Liqada mübarizə aparan "Kür-Araz" komandası XIV turun "Şahdağ Qusar"la səfər oyununa gedərkən, yolda qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-a İmişli klubunun prezidenti Mirheydər Səfiyev məlumat verib.
Onun sözlərinə görə, Şamaxı Olimpiya İdman Kompleksində keçirilməli olan oyuna məhz bu səbəbdən təyin olunan vaxtda yetişə bilməyiblər.
O, komandanın avtobusunun Ağsu aşırımını qalxa bilmədiyini söyləyib: "Yol qarlı olduğundan, aşırımı avtobusla çıxmaq mümkün olmadı. Zəng edib Peşəkar Futbol Liqasına (PFL – red.), konkret, qurumun texniki-idman direktoru Elgiz Abbasova məlumat verdik. Videoçəkilişləri, şəkilləri atdıq ki, burada vəziyyət belədir, avtobusla keçə bilmirik. Heç kiçik maşınlar da keçə bilmir. Hər bir halda təbiət hadisəsidir. Getməsək, deyərlər hə, getmədiniz. 20 dəqiqəlik məsafəmiz qalmışdı, "Axırıncı Aşırım" yeməkxanasının qarşısında yollar pis vəziyyətdə olduğundan, irəli keçə bilmədik və geri qayıtdıq".
Qeyd edək ki, "Şahdağ Qusar"- "Kür Araz" oyunu bu gün Şamaxı Olimpiya İdman Kompleksində saat 14:00-da başlamalı idi. PFL-in yaydığı açıqlamada qarşılaşmanın baş tutmamasına səbəb kimi "Kür-Araz"ın təyin edilmiş vaxtda stadiona gəlməməsi göstərilib. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. O da bildirib ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib. Hazırda Qusar təmsilçisi 39 xalla lider, İmişli klubu isə 24 xalla 5-ci pillədə yer alır. Qusar şəhər stadionu hazırda təmirdə olduğundan, "Şahdağ Qusar" rəqiblərini Şamaxıda qəbul edir.

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir