Özbək alimləri onkoloji xəstəlikləri sağaldan dərman hazırladı - FOTO
Özbək alimləri ötən ilin iyununda xərçəngin müalicəsində təsirli olan yeni dərmanı qeydiyyatdan keçirib istehsala təqdim ediblər.
KONKRET.az xəbər verir ki, bunu Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun direktoru, texnika elmləri doktoru, professor İlxom Sadıkov UzA-ya müsahibəsində deyib.
Qeyd olunub ki, ABŞ-da bu dərmanın analoqu 70 min dollar, Avropada isə təxminən 25 min dollardır. Yerli alimlər dozası 1,5 min ABŞ dolları dəyərində olan dərmanı respublikanın 3 onkoloji klinikasına çatdırıb.
Ekspert qeyd edib ki, bu dərman 2018-ci ildə xaricdə yaradılıb, lakin özbək alimləri dərmanın istehsal texnologiyasını təkmilləşdiriblər.
"Lutetium – 177" preparatı radioizotopdan və ona birləşdirilmiş "Antigen – 617" membrana malik zülal maddəsindən ibarətdir. Bu protein maddəsi "Lutetium – 177" radioizotopunu bədənin xərçəng metastazlarının olduğu bölgələrə çatdıran bir vasitə kimi çıxış edir. "Lutetium – 177″ radioaktiv izotopu xərçəngli şişlərə nüfuz edir və radioaktiv şüalanması ilə şişləri yandırır. Beləliklə, şişləri əməliyyatsız müalicə etmək olur", – deyə İlham Sadıkov bildirib.
Məlumata görə, hazırda bu dərman 4-cü mərhələdə xərçəngin 97-99%-ə qədər müalicəsini təmin edir.
Qeyd edək ki, bu preparat institutun törəmə müəssisəsi olan "Radiopreparat" Dövlət Müəssisəsinin və radiokimya elmi laboratoriyasının alimlərinin apardıqları tədqiqatların məhsuludur.
Bildirilib ki, bu dərman yalnız daxili bazar üçün istehsal olunur, çünki onun istifadə müddəti cəmi bir neçə gündür.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Necla Uyqur vəfat etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var