"Özbəkistan dünyaya ən gözəl nümunələrdən birini göstərdi" - Aqil Ələsgər

"Olimpiadanın parlayan ulduzu Özbəkistan təkcə Orta Asiyanın deyil, ümumilikdə regionun ən sürətlə inkişaf edən dövlətlərindən biridir".
KONKRET.az xəbər verir ki, bunu Yeni Çağ Medi Qrupunun rəhbəri Aqil Ələsgər sosial media hesabında paylaşımında qeyd edib:
"May ayında Daşkənddə olarkən gözümün gördüyü və öyrəndiklərim əsasında deyə bilərəm ki, bir türk dövlətinin 8 qızıl, 2 gümüş, 3 bürünclə bir çox nəhəngi arxada qoyub, 13-cü sırada yer tutması təsadüf əsəri deyil. Qardaş ölkə bütün sahələrdə inkişaf edir. Kənd təsərrüfatından texnologiya sahəsinə qədər. Həm də plan və proqramla… Nə isə mövzumuz bu deyil. Qayıdaq günün mövzusuna. Özbəkistan medalçılarının tərcümeyi-hallarına bir-bir baxdım. Çeçen əsilli Razambek Camalov xaricində bütün medalçılar özbəkistanlıdır və ən başlıcası hamısı Daşkənddən belə deyil.
Abdumalik Xalokov buxaralı, Diyora Keldiyorova pastdargamlı, Bahadır Celalov sariasiyalı, Lazizbek Mullojonovla Asadxuca Muydinkhujaev fərqanəli, Hasanboy Dusmatov əndicanlı, Muzafferbek Turaboev surxandarlı, Alisher Yusupov xarəzmlidir. Medalçıların cəmi dördü daşkəndlidir: Ekber Curayev, Gulomjon Abdullaev, Ulugbek Rashitov və Svetlana Osipova. Bu da paytaxt ilə yanaşı əyalətlərdə də idmanın inkişaf etdiyini göstərir. Mən idman mütəxəssisi olmasam da, görünən dağın da bələdçiyə ehtiyacı yoxdur".
O bildirib ki, Azərbaycanın müxtəlif İdman Federasiyaları legioner biznesini kənara qoyub, öz idmançısına dəyər verəndə, onun inkişafı üçün balacalığından şərait yaradanda milli idmançılar yetişdirmək olur:
"Özbəkistan bu məsələdə nəinki bizə, dünyaya ən gözəl nümunələrdən birini göstərdi.
Sübut etdi ki, əgər öz Qubanda Lazizbek Mullojonov yetişdirməsən kubalı Loren Berto Alfonso Domínguezlərə möhtac qalarsan ki, o da bu ölkə üçün qazandığı medalı ilk andan minnət kimi gözümüzə dürtər. Alfonso qaqaş, sənin aldığını kim alsa, ölkəni şəhər-şəhər deyil, kəndbəkənd sevər. "Kran"dan "su" kəsiləndən sonra sevəcəksənmi, o müəmmadır, deyəcəm, demirəm.
Məsələ əslində bu qədər bəsitdir…".
Baş redaktor həmçinin onu da vurğulayıb ki, qələbələrimizə, Azərbaycan adına yazılan hər uğura sevinsək də, açığı göyçaylı Hidayətlə goranboylu Həsrətin qələbəsinə bir ayrı sevindik:
"Bir daha təbriklər, can Özbəkistan!
Uğurların bol olsun, qardaşlar!".
Aygün Mirakif
KONKRET.az

İdman       Tarix: 12 avqust 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər bu gunun xeberleri cəbhədən video son xeberler bu gun