Özbəkistan universitetlərinin tələbələri "Ulduz" Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin tələbə və müəllim heyətindən ibarət nümayəndə heyəti Bakıya səfərləri çərçivəsində "Ulduz" Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər. Onlar müəssisənin fəaliyyət istiqamətləri, istehsal həcmi, məhsul çeşidləri, beynəlxalq əməkdaşlıq layihələri, keyfiyyətə nəzarət mexanizmləri və beynəlxalq sertifikatlaşdırma prosesi ilə tanış olublar. İştirakçılar istehsal sexlərində gedən prosesləri izləyərək şokoladın hazırlanma mərhələlərini yaxından görmək imkanı qazanıblar.
Bu səfər Mərkəzi Asiya Universitetinin təşkilatçılığı ilə Daşkənddə keçirilmiş "Biznes Keys" müsabiqəsinin 2025-ci il qalib komandaları üçün həyata keçirilən təcrübə mübadiləsi proqramı çərçivəsində baş tutub. Proqram müddətində nümayəndə heyəti Azərbaycan dövlət və özəl sektorunun, eləcə də ali təhsil müəssisələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirib, paytaxtın tarixi və mədəniyyət abidələri ilə tanış olub.
Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova Şirkətlər Qrupunun tarixi, missiyası, vizionu, əsas dəyərləri, 30 illik fəaliyyət ərzində əldə etdiyi nailiyyətlər və gələcək hədəfləri barədə təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıb.
Daha sonra "Ulduz" Şokolad Fabrikinin icraçı direktoru Kazım Babayev və ixracat mütəxəssisi Seymur Əsədli çıxış edərək fabrikin regional əməkdaşlıq imkanları, keyfiyyətə nəzarət və beynəlxalq sertifikatlaşdırma istiqamətindəki nailiyyətlərini qonaqlarla bölüşüblər.
İstehsalat təcrübəsinin sonunda xatirə fotosu çəkilib.



/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam