Özbəkistanda kimya zavodunda partlayış baş verdi
Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində kimya zavodunda partlayış baş verib.
KONKRET.az "TASS"a istinadən xəbər verir, bu barədə Daşkənd vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kimya zavodunda yanğın, daha sonra isə partlayış baş verib.
"Bu gün səhər saat 8:30 radələrində Daşkənd vilayətinin Çirçik şəhərində yerləşən "Maksam Çırçik" müəssisəsinin 5 saylı zavodunun ammonyak sintezi sexində partlayış baş verib", – məlumatda deyilir.
Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, "Maksam-Çırçik" ASC Azot gübrələrinin istehsalına görə Özbəkistanda ikinci yeri tutur.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir