Özbəkistanın tanınmış jurnalistləri "Yeni Çağ" Media Qrupunu ziyarət etdi – FOTO
Özbəkistanın tanınmış jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfəri çərçivəsində "Yeni Çağ" Media Qrupunu ziyarət edib.
azxeber.com xəbər verir ki, ziyarətə Özbəkistan İttifaqları Federasiyasının sədr müavini, "Vətən" qəzetinin baş redaktoru, Özbəkistan Dövlət Ali Məclisinin Senatının üzvü Husan Ermatov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov, özbək şairi Şuhrat Arif "Yeni Çağ" Media Qrupunun redaksiyasının qonağı olublar.
Qonaqları "Yeni Çağ" Media Qrupunun təsisçisi və baş direktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər qarşılayıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında media əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında media sahəsində əməkdaşlıq və inkişaf məsələləri müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də iştirak edib.
Qeyd edək ki, sözügedən görüş iki ölkə arasında media sahəsində daha sıx əlaqələrin qurulmasına və gələcək əməkdaşlığın inkişafına töhfə verəcək.
Sonda nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkdirilib.






Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır